Tarix:17/02/15
“The Verge” nəşri yazır ki, əgər əvvəllər uçuş aparatlarının kommersiya istifadəsi qadağan idisə (yalnız bəzi şirkətlər xüsusi icazə ala bilərdilər, iyulda belə icazə üçün “Amazon” şirkəti “FAA”-ya müraciət edib və “FAA” ümumilikdə 26 lisenziya verib), indi istənilən şirkət bu cür uçuşlar həyata keçirə biləcək. Lakin bunun üçün şirkətlər bəzi şərtləri yerinə yetirməlidirlər.
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, yeni qaydalara əsasən, kommersiya pilotsuz təyyarələrinin operatorları müvafiq testdən keçərək vəsiqə almalıdırlar. 17 yaşa çatmış şəxslər lisenziya almaq hüququna malikdirlər. Operatorlara eyni zamanda 2 və daha çox uçuş aparatlarını idarə etmək qadağan edilib.
Uçuşlara qoyulmuş tələblərə gəlincə, kommersiya uçuş aparatlarına 150 metrdən yuxarı hündürlükdə uçmaq qadağandır, bu halda ən yüksək sürət 160 km/saatı ötməməlidir. Uçuşlar yalnız gündüzlər həyata keçirilməlidir və onların çəkisi 25 kq-ı ötməməlidir. Bundan başqa, qaydalar tələb edir ki, uçuş zamanı pilotsuz təyyarə operatorun görünüş zonasında olsun və uçan obyektdən hər hansı yükü tullamaq ona qadağan edilib. Beləliklə, müxtəlif məhsulların tədarükü üçün dronlardan istifadə əvvəlki kimi “FAA”-nın tələblərinə ziddir, amma pilotsuz təyyarələr kənd ərazisində və ya xilasedici əməliyyatlar zamanı tətbiq edilə bilər.
“FAA” tərəfindən təklif edilmiş qaydalar layihəsi hələ son deyil. İndi dərc edilmiş sənəd 60 gün ərzində ictimai müzakirədən keçəcək, bundan sonra ona bir sıra düzəlişlər əlavə ediləcək. Yeni qaydalar 2016-cı ildə qüvvəyə minə bilər.
“FAA”-nın hesablamalarına görə, dronların istifadəsindən illik iqtisadi mənfəət təxminən 100 milyon dollar təşkil edə bilər.
Emil Hüseynov
ABŞ-da dronların kommersiya istismarı üzrə yeni qaydalar layihəsi dərc edilib
ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FAA) pulsuz uçuş aparatlarının kommersiya istismarı üzrə yeni qaydalarını dərc edib. Gözlənilənlərin əksinə olaraq, pilotsuz dronların operatorlarına və uçuşlarına qoyulmuş yeni tələblər nisbətən liberal olub.“The Verge” nəşri yazır ki, əgər əvvəllər uçuş aparatlarının kommersiya istifadəsi qadağan idisə (yalnız bəzi şirkətlər xüsusi icazə ala bilərdilər, iyulda belə icazə üçün “Amazon” şirkəti “FAA”-ya müraciət edib və “FAA” ümumilikdə 26 lisenziya verib), indi istənilən şirkət bu cür uçuşlar həyata keçirə biləcək. Lakin bunun üçün şirkətlər bəzi şərtləri yerinə yetirməlidirlər.
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, yeni qaydalara əsasən, kommersiya pilotsuz təyyarələrinin operatorları müvafiq testdən keçərək vəsiqə almalıdırlar. 17 yaşa çatmış şəxslər lisenziya almaq hüququna malikdirlər. Operatorlara eyni zamanda 2 və daha çox uçuş aparatlarını idarə etmək qadağan edilib.
Uçuşlara qoyulmuş tələblərə gəlincə, kommersiya uçuş aparatlarına 150 metrdən yuxarı hündürlükdə uçmaq qadağandır, bu halda ən yüksək sürət 160 km/saatı ötməməlidir. Uçuşlar yalnız gündüzlər həyata keçirilməlidir və onların çəkisi 25 kq-ı ötməməlidir. Bundan başqa, qaydalar tələb edir ki, uçuş zamanı pilotsuz təyyarə operatorun görünüş zonasında olsun və uçan obyektdən hər hansı yükü tullamaq ona qadağan edilib. Beləliklə, müxtəlif məhsulların tədarükü üçün dronlardan istifadə əvvəlki kimi “FAA”-nın tələblərinə ziddir, amma pilotsuz təyyarələr kənd ərazisində və ya xilasedici əməliyyatlar zamanı tətbiq edilə bilər.
“FAA” tərəfindən təklif edilmiş qaydalar layihəsi hələ son deyil. İndi dərc edilmiş sənəd 60 gün ərzində ictimai müzakirədən keçəcək, bundan sonra ona bir sıra düzəlişlər əlavə ediləcək. Yeni qaydalar 2016-cı ildə qüvvəyə minə bilər.
“FAA”-nın hesablamalarına görə, dronların istifadəsindən illik iqtisadi mənfəət təxminən 100 milyon dollar təşkil edə bilər.
Emil Hüseynov
Baxış sayı: 786
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet