Tarix:17/02/15
Kitabxanadan bildirilib ki, “Plagiat.pl” şirkətinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Sebastian Kavçinski və Bakı ofisinin direktoru Əli Təhməzov Azərbaycan Milli Kitabxanasında olublar. Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Milli kitabxana, onun elektron resursları barədə qonaqlara məlumat verib. Şirkət haqqında məlumat verən cənab Kavçinski bildirib ki, 2002-ci ildən fəaliyyət göstərən kompaniya Moldova, Almaniya, Rumıniya, Polşa və digər Avropa ölkələrində, Cənubi Amerikada fəaliyyət göstərir və 200-dən artıq müştərisi var.
Azərbaycanın onlar üçün çox maraqlı ölkə olduğunu vurğulayan cənab Kavçinski burada da fəaliyyət göstərməyi düşündüyünü bildirmişdir. Antiplagiat kampaniya artıq Azərbaycanda Ali Attestasiya Komissiyası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Təhsil Nazirliyi və bir neçə ali təhsil ocaqlarının rəhbərləri ilə görüşmüş və antiplagiatlıq üzrə Azərbaycanın milli proqramlarını təklif ediblər.
Şirkətin hazırladığı proqramlar təhsil müəssisələrində, nəşriyyatlarda, kitabxanalarda intellektual mülkiyyətin qorunmasına, sənədlərdə plagiat faylların aşkar olunmasına xidmət edir. Proqramlar hər hansı dildə plagiatı müəyyən etmək imkanına malikdir.
Görüşün sonunda K.Tahirov proqramla ətraflı tanış olacağını, proqramların Azərbaycan Milli Kitabxanası üçün əhəmiyyətini araşdıracağını bildirib.
Həqiqət İSABALAYEVA
Polşanın “Plagiat.pl” şirkətinin proqramlarının Azərbaycan Milli Kitabxanasında tətbiqi araşdırılacaq
Polşanın “Plagiat.pl” şirkətinin proqramlarının Azərbaycan Milli Kitabxanasında (AMK) tətbiqi imkanları araşdırılacaq. Bununla bağlı məsələlər AMK-da keçirilən görüşdə müzakirəyə çıxarılıb.Kitabxanadan bildirilib ki, “Plagiat.pl” şirkətinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Sebastian Kavçinski və Bakı ofisinin direktoru Əli Təhməzov Azərbaycan Milli Kitabxanasında olublar. Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Milli kitabxana, onun elektron resursları barədə qonaqlara məlumat verib. Şirkət haqqında məlumat verən cənab Kavçinski bildirib ki, 2002-ci ildən fəaliyyət göstərən kompaniya Moldova, Almaniya, Rumıniya, Polşa və digər Avropa ölkələrində, Cənubi Amerikada fəaliyyət göstərir və 200-dən artıq müştərisi var.
Azərbaycanın onlar üçün çox maraqlı ölkə olduğunu vurğulayan cənab Kavçinski burada da fəaliyyət göstərməyi düşündüyünü bildirmişdir. Antiplagiat kampaniya artıq Azərbaycanda Ali Attestasiya Komissiyası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Təhsil Nazirliyi və bir neçə ali təhsil ocaqlarının rəhbərləri ilə görüşmüş və antiplagiatlıq üzrə Azərbaycanın milli proqramlarını təklif ediblər.
Şirkətin hazırladığı proqramlar təhsil müəssisələrində, nəşriyyatlarda, kitabxanalarda intellektual mülkiyyətin qorunmasına, sənədlərdə plagiat faylların aşkar olunmasına xidmət edir. Proqramlar hər hansı dildə plagiatı müəyyən etmək imkanına malikdir.
Görüşün sonunda K.Tahirov proqramla ətraflı tanış olacağını, proqramların Azərbaycan Milli Kitabxanası üçün əhəmiyyətini araşdıracağını bildirib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1207
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet