12px13px15px17px
Tarix:19/02/15

Ödənişli informasiyanın verilməsi zamanı bəzi şəxslərə güzəştlər ediləcək

Nazirlər Kabineti (NK) “Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri”ndə dəyişiklik edib. Həmin dəyişikliklərə əsasən, ödənişli informasiyanın verilməsi zamanı bəzi şəxslərə - elmi və pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə güzəştlər edilir.
 
 İnformasiyanın verilməsi ilə əlaqədar ödəniş zamanı edilən güzəştin şərtləri tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur.
 
Bu zaman güzəştin həcmi informasiyanın hazırlanması və verilməsi üçün çəkilən xərclərin 50 faizindən az olmamalıdır.
 
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 945

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024