12px13px15px17px
Tarix:23/02/15

“Windows XP” istifadəçiləri üçün qiymətlər bahalaşıb

“Microsoft” korporasiyası "Windows XP” əməliyyat sisteminin rəsmən dəstəklənməsini on ay əvvəl dayındırsa da, ondan həm istehlakçılar, həm də korporativ müştərilər istifadə etməkdə davam edir. Lakin köhnəlmiş platformadan istifadə qiyməti bahalaşıb.   

Belə ki, “Windows XP” istifadəçiləri üçün "Custom Support Agreement” (CSA) xüsusi proqramının qiyməti bir kompüter üçün 400 dollar təşkil edəcək ki, bu da hazırkı qiymətdən iki dəfə bahadır.

“CSA” abunəçiləri “Windows XP” üçün əsas yeniləmləri hələ də fərdi qaydada alırlar. “Microsoft” proqramı əməliyyat sisteminə tələbatın olması ilə əlaqədar tətbiq edib.

“Net Applications” analitiklərinin məlumatına görə, 2015-ci ilin yanvarında “Windows XP” “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüterlərin 20,7 faizində quraşdırılıb ki, bu da təxminən 300 milyon qurğuya uyğundur.

İnformasiya təhlükəsizliyi məsələləri ilə məşğul olan “Secunia” şirkətinin nümayəndələri bildiriblər ki, “Windows XP”nin dünya fərdi kompüterlər bazarında payı 15 faizi ötür. “StatCounter” servisi bu göstəricinin 12 faiz səviyyəsində olduğunu açıqlayıb, - "DailyComm” yazır.
 



Baxış sayı: 835

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024