Tarix:02/03/15
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “NetMarketShare” (“Net Applications” analitik şirkətinə məxsusdur) xidmətinin 2015-ci ilin fevralına olan qiymətləndirməsinə əsasən, “Windows XP” dünyadakı fərdi kompüterlərin (FK) 19.15 faizinə quraşdırılıb və populyarlığına görə ikinci əməliyyat sistemidir. Maraqlıdır ki, 2014-cü ilin noyabrında “Windows XP” platformasının bazar payı 13,57 faizədək azalıb, amma bundan sonra artmağa başlayıb. Ekspertlər istifadəçilərin yenidən bu platformaya geri qayıtma səbəblərini açıqlamırlar.
“Windows 7” masaüstü kompüterlər və noutbuklar üçün ən populyar proqram platforması olaraq qalır, cari ilin fevralında bazar payı 56 faizə çatıb.
“Windows” sisteminin rəqiblərinə gəlincə, kompüter bazarında onların bazar payı çox cüzidir. Belə ki, 2015-ci ilin fevralına olan məlumata əsasən, “Mac OS X” platformasının payı 6,9 faiz olub. "Alma" şirkətinin məhsulunun göstəricisi beş ayda ilk dəfə 7 faizdən az olub. “Linux” əməliyyat sistemi bazarının 1,53 faizinə nəzarət edir. “Windows” platformasının müxtəlif versiyaları fərdi kompüterlərin 91,57 faizinə quraşdırılıb.
Emil Hüseynov
“Windows XP” əvvəlki kimi “Windows 8” və “Windows 8.1”-dən populyardır
“Microsoft” korporasiyası 2012-ci ilin oktyabrında “Windows 8” əməliyyat sistemini (ƏS) buraxıb, bir il sonra “Windows 8.1” platformasını təklif etməyə başlayıb. İndi “Windows 10” hazırlanır, ancaq təxminən 14 il əvvəl təqdim edilmiş “Windows XP” ƏS-i əvvəlki kimi yuxarıda adıçəkilən sistemləri qabaqlayır."ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “NetMarketShare” (“Net Applications” analitik şirkətinə məxsusdur) xidmətinin 2015-ci ilin fevralına olan qiymətləndirməsinə əsasən, “Windows XP” dünyadakı fərdi kompüterlərin (FK) 19.15 faizinə quraşdırılıb və populyarlığına görə ikinci əməliyyat sistemidir. Maraqlıdır ki, 2014-cü ilin noyabrında “Windows XP” platformasının bazar payı 13,57 faizədək azalıb, amma bundan sonra artmağa başlayıb. Ekspertlər istifadəçilərin yenidən bu platformaya geri qayıtma səbəblərini açıqlamırlar.
“Windows 7” masaüstü kompüterlər və noutbuklar üçün ən populyar proqram platforması olaraq qalır, cari ilin fevralında bazar payı 56 faizə çatıb.
“Windows” sisteminin rəqiblərinə gəlincə, kompüter bazarında onların bazar payı çox cüzidir. Belə ki, 2015-ci ilin fevralına olan məlumata əsasən, “Mac OS X” platformasının payı 6,9 faiz olub. "Alma" şirkətinin məhsulunun göstəricisi beş ayda ilk dəfə 7 faizdən az olub. “Linux” əməliyyat sistemi bazarının 1,53 faizinə nəzarət edir. “Windows” platformasının müxtəlif versiyaları fərdi kompüterlərin 91,57 faizinə quraşdırılıb.
Emil Hüseynov
Baxış sayı: 840
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)