12px13px15px17px
Tarix:04/03/15

“Ağıllı” qurğular üçün əməliyyat sistemi bazarında hansı platforma liderlik edir?

“ABI Research” analitik şirkətinin məlumatına əsasən, 2014-cü ildə “Android” mobil platforması “ağıllı” qurğular üçün əməliyyat sistemləri bazarında lider platforma olub.

Ekspertlər noutbuk, “ağıllı” avtomobilləri, kompüterləşdirilmiş eynək və saatları, smartfon, planşetlər və ultrabukları “ağıllı” qurğular kateqoriyasına aid edirlər.

Mütəxəssislər qeyd edirlər ki, smartfon və planşetlərin sayəsində “Android” platformasının mövqeyi güclənib və bazar payı 53 faizə çatıb.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, bununla belə, analitiklər bildiriblər ki, rəqabətin artımı ilə əlaqədar gələcəkdə “Android” mobil əməliyyat sisteminin bazar payının artımında çətinliklər ola bilər. Gözləntilərə görə, cari beşillikdə (2014-2019) “Android” platformasının orta illik artım göstəricisi 10 faiz olacaq. Artım tempinin zəifləməsi onunla izah olunur ki, “Android” ilə işləyən qurğuların istehsalından əldə olunan gəlirin azalmasını dərk edən aparıcı istehsalçılar yeni əməliyyat sistemini yoxlamağa çalışırlar.

Ekspertlər indi istifadəçilərə təklif edilən alternativ platformalar arasında “Chrome OS” və “Firefox OS” mobil platformalarını nümunə gətiriblər.

Emil Hüseynov
 



Baxış sayı: 764

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024