12px13px15px17px
Tarix:05/03/15

“Android 5.0 Lollipop” mobil platforması iki dəfə populyarlaşıb

“Google” korporasiyası öz “Android” mobil əməliyyat sisteminin müxtəlif modifikasiyalarının populyarlığı haqda yeni məlumatları elan edib. 2015-ci ilin fevralına olan statistikaya əsasən, “Android 5.0 Lollipop” mobil platformasının bazar payı iki dəfə artıb.
 
 
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2 mart 2015-ci il tarixinə əsasən, “Android” qurğularının 3.3 faizi “5.0 Lollipop” platformasına əsaslanır. Bu platforma hələ 2014-cü ilin oktyabrında təqdim edilib və uzun müddət bazar payı 0,1 faizi ötməyib. Yalnız 2015-ci ilin yanvarında sözügedən mobil platformanın bazar payı 1,6 faiz təşkil edib.
 
 
“MWC 2015” sərgisində “Android 5.0 Lollipop” ilə işləyən çoxlu cihaz təqdim edilib.
 
“Android” qurğular bazarında “KitKat” (4.4) və “Jelly Bean” (4.1-4.3) versiyaları liderliyi saxlayırlar.
 
Emil Hüseynov



Baxış sayı: 695

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024