12px13px15px17px
Tarix:16/03/15

KOİCA “Azərsu” təlim-tədris mərkəzini İKT avadanlıqları ilə təchiz edib

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) və "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) "Azərbaycanda Abşeron Yarımadasında Su Çatışmazlığı üzrə Ümumi Həll: Abşeron Yarımadasının Kürdəxanı Qəsəbəsində Su Təchizatı və Kanalizasiya Sisteminin Yaradılması" layihəsinin uğurla tamamlanmasına həsr olunmuş birgə açılış mərasimi keçirib.
 
Tədbirdə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İnn, "KOICA" Baş Ofisinin  vitse-prezidenti Kim In, "KOICA Azərbaycan" Ofisinin Rezident nümayəndəsi xanım Kim Eun Suk, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və müvafiq dövlət qurumlarının rəsmiləri iştirak edib.
 
Açılış mərasimindən sonra iki hökumətin nümayəndələri Hövsanda yerləşən "Azərsu" təlim-tədris mərkəzinə baş çəkiblər. Təlim-tədris mərkəzi yerli ictimai rəsmilərin və "Azərsu" işçi heyətinin bilik potensialının artırılması üçün "KOİCA" tərəfindən İKT avadanlıqları olan kompüter, televizor və s. ilə təchiz edilib.
 



Baxış sayı: 970

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024