12px13px15px17px
Tarix:02/04/15

Dünyanın 3D modelini telefonla ölçmək olacaq

Real obyektlərin  3D məkanda ölçülməsinin tədqiqatını aparan tədqiqatçılar adi mobil telefonda mövcud olan  kamera və akselerometri   istifadə edərək yeni texnologiya yaradıblar.

“ICTnews” xəbər xidmətinin "TechCrunch" saytına istinadən verdiyi məlumata əsasən, Karnegi Mellon Universitetində yaradılan sistemlə telefonu ətrafa fırladaraq 3D dünya modeli yaratmaq olar.
 
Akselerometrlər, innersiyanı ölçmək vahidi kimi adlanan, telefonun proqram təminatına  telefonun yerləşdiyi məkan barədə təxmini məlumat verir. Kamera ilə birlikdə akselometrin istifadəsindən  çox dəyərli nəticələr almaq olar.
 
Alət tək mobil telefonla,  demək olar, hər şeyin 3D modelini düzəltmək imkanını verir.
 
Tədqiqatçılar, bu texnologiyanın özünü idarə edən avtomobillərdə bahalı radarları əvəz edəcəyini ehtimal edirlər.
 
Onlar texnologiyanın bütün imkanlarını nümayiş etmək üçün istifadəçilərin özlərinə uyğun eynək karkasını tapmaları üçün "Smart Fit" adlandırılan  əlavə proqram hazırlayıblar.
 
Aynur Vəliyeva



Baxış sayı: 562

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024