12px13px15px17px
Tarix:06/04/15

Kənd təsərrüfatı məhsullarının qiymətləri üzrə açıq elektron informasiya sistemi yaradılacaq

Azərbaycanda elektronlaşma sahəsində həyata keçirilən layihələr çərçivəsində satış prosesinin internet üzərindən aparılmasında da uğurlar əldə edilib. Kənd Təsərrüfatı Nazirliyi sözügedən istiqamətdə fəaliyyətini genişləndirərək bir sıra yeni xidmətlər yaradacaq.
 
Belə ki, bundan sonra ölkədə kənd təsərrüfatı məhsullarının istehsalçı, topdansatış və pərakəndə satış qiymətləri barədə elektron qaydada mütəmadi məlumat əldə etmək mümkün olacaq.
 
Qeyd edək ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.
 
Adıçəkilən nazirlik 2015-ci ilin III rübündə kənd təsərrüfatı məhsullarının istehsalçı, topdansatış və pərakəndə satış qiymətləri üzrə mütəmadi monitorinq məlumatları əsasında bazar iştirakçıları və ictimaiyyət üçün açıq elektron informasiya sisteminin qurulmasını təmin etməlidir.
 
 
SEYMUR



Baxış sayı: 817

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024