12px13px15px17px
Tarix:06/04/15

ABŞ kitabxanasında “iPad” planşetlərini icarəyə verən ticarət aparatı quraşdırıblar

Dreksel Universitetində rəqəmli texnologiyaların təhsil prosesinə inteqrasiyası üçün maraqlı üsuldan istifadəyə başlayıblar. Adı çəkilən universitet Filadelfiyada ödənişsiz kitabxana ilə birgə dünyada “iPad” planşetlərini icarəyə verən ilk ticarət avtomatını təqdim edib.

 “tech.onliner.by” saytının məlumatına görə, “iPad” planşetlərini yalnız tələbələr deyil, həm də yerli sakinlər icarəyə  götürə bilərlər. Bunun üçün onlar ya tələbə bileti, ya da pulsuz kitabxana oxucusunun biletini təqdim etməlidirlər. Cihazdan maksimal istifadə müddəti dörd saatdır. Ödənişsiz icarə üçün 12 planşet kompüteri əlçatandır.

Emil Hüseynov



Baxış sayı: 717

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024