12px13px15px17px
Tarix:09/04/15

Elmi kommunikasiya üzrə ən yeni istedadı axtarıb tapan milli istedad yarışmasının yarımfinal mərhələsi keçirilir

Elmi kommunikasiya üzrə ən yeni istedadı axtarıb tapan milli istedad yarışması – “FameLab”-ın yarımfinal mərhələsi keçirilir. Yarışma Qafqaz Universitetində (QU) 2007-ci ildən keçirilir.
 
 Universitetdən qeyd edilib ki, ilk dəfə Böyük Britaniyanın “Çeltenham Elm Festivalı” tərəfindən yaradılan yarışmanın məqsədi elmi sinif otağı çərçivəsindən çıxarıb əyləncəyə çevirmək, eləcə də elm və texnologiyaya böyük həvəsi olan gəncləri öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaqdır. 18-35 yaş arası olan elm sahəsində, ictimai sahədə işləyən, eləcə də texniki mütəxəssislər, elm, texnika, mühəndis, tibb və yaxud riyaziyyat sahələrində çalışan şəxslər iştirak edir. 
 
Müsabiqə elm ilə məşğul olan şəxslərə danışıq qabiliyyətlərini inkişaf etdirmək imkanları yaradır. Ümumilikdə yarışa 87 layihə təqdim olunub.
 
Yarımfinal mərhələsinə 30 iştirakçı öz layihələrini təqdim etmə hüququ qazanıb. Onlardan 10 nəfər finala vəsiqə qazanacaq. Yarışmanın yarımfinal mərhələsinin açılışında iştirak edən QU-nun rektoru, professor Ahmet Saniç layihənin əhəmiyyətindən danışıb: “Bu layihə 2007-2009-cu illərdə keçirilib. “British Council” şırkətinin rəhbərliyi ilə görüşüb bu ildən  layihəni yenidən keçirilməsinə nail olduq. İstəyirik ki, bu yarışmanı regional yarışmaya çevirək”.
 
 
Qeyd edək ki, finalda birinci  yerə layiq görülən layihə  2015-ci ilin iyun ayında Böyük Britaniyada keçiriləcək “Çeltenham Elm Festivalı”nda ölkəmizi təmsil edəcək.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 872

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024