12px13px15px17px
Tarix:13/04/15

Avropa Kosmik Agentliyi 2024-cü ildə Yupiter peykinə kosmik aparat buraxacaq

Avropa Kosmik Agentliyi 2024-cü ildə Yupiter peykinə kosmik aparat buraxmağı planlaşdırır. Kosmik gəmi Yupiter peyklərinə uçacaq, sonradan Qanimed (Yupiter peyklərindən biri) orbitinə eniş edəcək. Bu barədə agentliyin Rusiyadakı nümayəndəliyinin rəhbəri Rene Pişel bildirib.
 
"Agentliyin Qanimedə təsdiq olunmuş missiyası var, artıq texniki və digər aspektlər hazırlanıb, aparatın görünüşü və elmi aparaturanın tərkibi seçilib, missiyanın planı təsdiq edilib, maliyyələşmə işləri aparılır. Start 2024-cü ilə nəzərdə tutulur", - o qeyd edib.  
 
"Bütün Yupiter peyk sisteminə, o cümlədən Qanimedə uçacaq bir kosmik aparat buraxılacaq. Aparat eyni orbitdə qalacaq və Yerə məlumatlar ötürəcək", - R.Pişel vurğulayıb, - "TASS" yazır.
 



Baxış sayı: 697

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024