Tarix:15/04/15
O hesab edir ki, internetdə fırıldaqçılığın həcmi artıq dünyada narkotik alverindən əldə olunan gəlirləri üstələyir. Bundan əlavə, polis internet şəbəkəsində cinayətkarlığın qarşısını almaq üçün lazımi resurslara malik deyil. Polis komissarı vurğulayıb ki, kibercinayət hallarının 80 faizi barədə polisə məlumat verilmir, qalan 20 faizin isə yalnız beşdə bir hissəsinin üstü açılır.
"LogRhythm" təhlükəsizlik provayder şirkətinin nümayəndəsi komissarın fikri ilə razılaşaraq qeyd edib ki, kibercinayətkarlarla təkcə hakimiyyət deyil, həm də internet mexanizmlərindən daha yaxşı xəbərdar olan texnoloji şirkətlər mübarizə aparmalıdır.
Kibercinayətkarlar şəbəkə mühafizə sistemlərinə asanlıqla müdaxilə edə bilərlər. Bu səbəbdən kibercinayətlərin qarşısını tam almaq qeyri-mümkündür. Belə olan halda cinayətkarı aşkar etmək daha vacibdir, onların axtarışı üçün əsas şərt isə vaxtında reaksiya verməkdir, - "Payspacemagazine" yazır.
Kibercinayətkarlıqdan əldə olunan gəlir narkotrafiki üstələyir
Dünyanın müxtəlif dövlətlərinin hüquq-mühafizə orqanları, eləcə də İnterpol və Avropol kimi təşkilatlar kibercinayətlərin sürətlə artmasından narahatdır. Bu barədə Londonun polis komissarı Adrian Leppard "TechUK" təşkilatının növbəti tədbiri zamanı çıxışında bildirib.O hesab edir ki, internetdə fırıldaqçılığın həcmi artıq dünyada narkotik alverindən əldə olunan gəlirləri üstələyir. Bundan əlavə, polis internet şəbəkəsində cinayətkarlığın qarşısını almaq üçün lazımi resurslara malik deyil. Polis komissarı vurğulayıb ki, kibercinayət hallarının 80 faizi barədə polisə məlumat verilmir, qalan 20 faizin isə yalnız beşdə bir hissəsinin üstü açılır.
"LogRhythm" təhlükəsizlik provayder şirkətinin nümayəndəsi komissarın fikri ilə razılaşaraq qeyd edib ki, kibercinayətkarlarla təkcə hakimiyyət deyil, həm də internet mexanizmlərindən daha yaxşı xəbərdar olan texnoloji şirkətlər mübarizə aparmalıdır.
Kibercinayətkarlar şəbəkə mühafizə sistemlərinə asanlıqla müdaxilə edə bilərlər. Bu səbəbdən kibercinayətlərin qarşısını tam almaq qeyri-mümkündür. Belə olan halda cinayətkarı aşkar etmək daha vacibdir, onların axtarışı üçün əsas şərt isə vaxtında reaksiya verməkdir, - "Payspacemagazine" yazır.
Baxış sayı: 827
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı