Tarix:28/04/15
ABŞ Kosmik Agentliyinin (NASA) keçmiş mühəndisi Loren Fletçer tərəfindən yaradılan “BioCarbon Engineering” şirkəti yeni ağacların əkilmə prosesini avtomatlaşdırmağa və perspektivdə hər il bir milyard ağac əkməyə imkan verəcək texnologiya hazırlayır.
Bir sözlə, ideya ağacların əkilməsi üçün pilotsuz uçan aparatlardan istifadədən ibarətdir. Birinci mərhələdə dronların köməyi ilə yerin üçölçülü xəritəsi və yeni ağacların yerləşmə planı tərtib olunur.
İkinci mərhələdə səpilmə prosesi başlayır: dronlar hidrogelin içində artıq ağacların yetişmiş toxumlarının olduğu kapsulları atmağa başlayır. Bundan sonra pilotsuz uçan aparatlar cavan ağacların böyümə prosesini izləmək üçün istifadə olunur.
L.Fletçerin qiymətləndirməsinə görə, iki dron operatoru gün ərzində 36 min ağac əkə bilər. Bu halda işin qiyməti adi üsullarla əkilmənin dəyərinin 15 faizini təşkil edəcək. Yayın sonuna şirkət sistemin tam işlək versiyasını nümayiş etdirməyi planlaşdırır, - "Newsru” yazır.
Pilotsuz uçan aparatlardan meşələrin bərpası üçün istifadə təklif edilir
Yer kürəsində hər il meşələrin sahəsi azalır və bu, müxtəlif mənfi, bəzən bərpa olunmaz nəticələrə səbəb olur. İtirilən ağacların mövcud bərpa üsulları isə yetərincə effektiv deyil və itkilərin yerini doldurmağa imkan vermir.ABŞ Kosmik Agentliyinin (NASA) keçmiş mühəndisi Loren Fletçer tərəfindən yaradılan “BioCarbon Engineering” şirkəti yeni ağacların əkilmə prosesini avtomatlaşdırmağa və perspektivdə hər il bir milyard ağac əkməyə imkan verəcək texnologiya hazırlayır.
Bir sözlə, ideya ağacların əkilməsi üçün pilotsuz uçan aparatlardan istifadədən ibarətdir. Birinci mərhələdə dronların köməyi ilə yerin üçölçülü xəritəsi və yeni ağacların yerləşmə planı tərtib olunur.
İkinci mərhələdə səpilmə prosesi başlayır: dronlar hidrogelin içində artıq ağacların yetişmiş toxumlarının olduğu kapsulları atmağa başlayır. Bundan sonra pilotsuz uçan aparatlar cavan ağacların böyümə prosesini izləmək üçün istifadə olunur.
L.Fletçerin qiymətləndirməsinə görə, iki dron operatoru gün ərzində 36 min ağac əkə bilər. Bu halda işin qiyməti adi üsullarla əkilmənin dəyərinin 15 faizini təşkil edəcək. Yayın sonuna şirkət sistemin tam işlək versiyasını nümayiş etdirməyi planlaşdırır, - "Newsru” yazır.
Baxış sayı: 981
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet