12px13px15px17px
Tarix:29/04/15

Nepalda zəlzələdən sonra rabitə sıradan çıxıb

Nepalın paytaxtı Katmandu şəhərində telefon əlaqəsi və internetə çıxış baş vermiş zəlzələ nəticəsində ciddi ziyan çəkib. Xilasedicilər və humanitar təşkilatların əməkdaşları bəzən məlumatları kuryerlərlə çatdırmalı olurlar. Vəziyyət elektrik enerjisinin verilməsində yaranan fasilələrə görə daha da pisləşir.  
 
İnternetin fəaliyyətinin monitorinqi ilə məşğul olan “Dyn” şirkətinin məlumatına görə, "Nepal Telecom” mobil operatoru internetlə əlaqəni saxlamağa nail olub, lakin zəlzələ səbəbindən yerli rabitə xətləri və istifadəçi kanalları zədələnib.
 
“Google” şirkəti zəlzələ nəticəsində xəsarət alan insanlar haqqında informasiyanın toplanması və axtarışı üçün “Person Finder” əlavəsini istifadəyə verib. Hazırda əlavəyə 6900 məlumat daxil edilib.
 
“Facebook” şirkəti isə fəlakət zonasında olan istifadəçilər üçün "Safety Check” sistemini işə salıb. Sistem sayəsində internetə çıxış imkanı olanlar özləri barədə məlumat verə bilirlər.
 
Qırmızı Xaç Cəmiyyəti də saytında qohumlara və dostlara Nepalda olan insanlar barədə məlumat verməyə imkan verən əlavəni istifadəyə verib, - "Computerworld yazır.



Baxış sayı: 709

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024