Tarix:05/05/15
"Road and Traffic" sərgisi regionun yol-tunel layihələndirməsi və tikintisi, habelə yol təhlükəsizliyi, intellektual nəqliyyat sistemi (its) və ictimai nəqliyyat peşəkarlarını bir araya gətirəcək aparıcı ixtisaslaşdırılmış tədbirdir.
"Ultra Technologies" şirkəti sərgi çərçivəsində "İnfrastruktur layihələrin daha effektiv idarə edilməsi" mövzusunda seminar keçirəcək. Seminarın keçirilməsində əsas məqsəd xətti tikinti (linear projects) sektorunun iş prosesinin, yol-infrastruktur layihələrdə maliyyə vəsaitləri axınının daha effektiv idarə edilməsi, yeni texnologiyaların tətbiqi, cədvəlqurma texnikalarından istifadə edərək layihə uğurlarının artırılmasıdır.
Seminarda dünya təcrübəsində geniş istifadə olunan xətti tikinti və infrastruktur layihələrinin idarə edilməsi üçün nəzərdə tutulmuş - "zaman–məsafə planlaşdırma" əsaslı TİLOS proqram təminatı nümayiş etdiriləcək.
TİLOS - infrastruktur layihələri texnologiyasının (yol, tunel, boru-xətti, ötürmə xətlərinin və s.) "zaman-məsafə" diaqramlarını tərtib etmək üçün nəzərdə tutulan qrafik interfeysə malikdir. TİLOS qrafikləri, həmçinin, iş fəaliyyəti, resurslar və məhsuldarlıq profilləri kimi verilənləri idxal etməyə və məsafə oxu ilə sinxronlaşdırmaya imkan yaradaraq planlaşdırma səhvlərini də aradan qaldırır.
RƏVAN
Azərbaycanda məşhur TİLOS proqram təminatının nümayişi olacaq
12-14 may tarixlərində Bakı Ekspo Mərkəzində 5-ci Yubiley Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (Road & Rraffic 2015) sərgisi keçiriləcək."Road and Traffic" sərgisi regionun yol-tunel layihələndirməsi və tikintisi, habelə yol təhlükəsizliyi, intellektual nəqliyyat sistemi (its) və ictimai nəqliyyat peşəkarlarını bir araya gətirəcək aparıcı ixtisaslaşdırılmış tədbirdir.
"Ultra Technologies" şirkəti sərgi çərçivəsində "İnfrastruktur layihələrin daha effektiv idarə edilməsi" mövzusunda seminar keçirəcək. Seminarın keçirilməsində əsas məqsəd xətti tikinti (linear projects) sektorunun iş prosesinin, yol-infrastruktur layihələrdə maliyyə vəsaitləri axınının daha effektiv idarə edilməsi, yeni texnologiyaların tətbiqi, cədvəlqurma texnikalarından istifadə edərək layihə uğurlarının artırılmasıdır.
Seminarda dünya təcrübəsində geniş istifadə olunan xətti tikinti və infrastruktur layihələrinin idarə edilməsi üçün nəzərdə tutulmuş - "zaman–məsafə planlaşdırma" əsaslı TİLOS proqram təminatı nümayiş etdiriləcək.
TİLOS - infrastruktur layihələri texnologiyasının (yol, tunel, boru-xətti, ötürmə xətlərinin və s.) "zaman-məsafə" diaqramlarını tərtib etmək üçün nəzərdə tutulan qrafik interfeysə malikdir. TİLOS qrafikləri, həmçinin, iş fəaliyyəti, resurslar və məhsuldarlıq profilləri kimi verilənləri idxal etməyə və məsafə oxu ilə sinxronlaşdırmaya imkan yaradaraq planlaşdırma səhvlərini də aradan qaldırır.
RƏVAN
Baxış sayı: 726
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet