12px13px15px17px
Tarix:05/05/15

Samux rayonunda leysan yağışların rabitəyə vurduğu ziyan aradan qaldırılıb

Ötən gün yağan aramsız leysan yağışları Samux rayonunun Kür ətrafında yerləşən 8 kəndində fəsadlar yaradıb. Leysan bir çox sahələr kimi, rabitə sahəsinə də ziyan vurub.
 
Bu barədə Samux Telekommunikasiya Qovşağının rəisi Ələsgər Əliyev məlumat verib. Onun sözlərinə görə, Qırmızı Samux, Yenikənd, Lüksemburq, Burunqovaq, Salahlı, Qarabağlı, Kəsəmən və Poylu kəndlərində leysan  rabitə sahəsinə bəzi kiçik problemlər  yaradıb. İntensiv yağan yağışlar bəzi abunəçilərin telefon rabitəsinin qırılmasına səbəb olsa da, problem artıq aradan qaldırılıb.
 
RƏVAN



Baxış sayı: 715

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024