Tarix:07/05/15
Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilmiş bu tədbir çərçivəsində jurnalistlərdən ibarət komandalar arasında voleybol üzrə yoldaşlıq matçı keçirildi. Ümumilikdə, bu oyunda internet, mətbuat və televiziya kimi kütləvi informasiya vasitələrinin 20-dən artıq nümayəndəsi iştirak etdi. Qaliblərə “Nar” tərəfindən qiymətli hədiyyələr təqdim olundu.
“Bakı-2015” Birinci Avropa Oyunlarının əsas tərəfdaşı olan “Nar” mobil operatoru əhali arasında sağlam həyat tərzinin təbliğ edilməsinə yönəlmiş tədbirlər seriyasını davam etdirir. Xüsusi olaraq, öz abunəçilərinə müstəsna dəyər, sadəlik və faydalı innovasiyalar təqdim edən mobil operator, Azərbaycanın idman federasiyalarında “açıq qapı günləri”, idmançıların uşaq və yeniyetmələr ilə görüşləri və s. kimi tədbirlərə artıq dəstək verib. Keçirilən tədbirlərin başlıca məqsədi yetişən gənc nəsil arasında idmana marağı artırmaq, həmçinin Avropa Oyunlarını uşaqlar, yeniyetmələr və onların ailələri arasında təbliğ etməkdir.
RƏVAN
“Nar” jurnalistlər arasında keçirilən voleybol yarışmasının sponsoru oldu
Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru, “Nar” Azərbaycan Voleybol Federasiyası tərəfindən keçirilmiş təntənəli aksiyanın əsas tərəfdaşı qismində çıxış etdi.Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilmiş bu tədbir çərçivəsində jurnalistlərdən ibarət komandalar arasında voleybol üzrə yoldaşlıq matçı keçirildi. Ümumilikdə, bu oyunda internet, mətbuat və televiziya kimi kütləvi informasiya vasitələrinin 20-dən artıq nümayəndəsi iştirak etdi. Qaliblərə “Nar” tərəfindən qiymətli hədiyyələr təqdim olundu.
“Bakı-2015” Birinci Avropa Oyunlarının əsas tərəfdaşı olan “Nar” mobil operatoru əhali arasında sağlam həyat tərzinin təbliğ edilməsinə yönəlmiş tədbirlər seriyasını davam etdirir. Xüsusi olaraq, öz abunəçilərinə müstəsna dəyər, sadəlik və faydalı innovasiyalar təqdim edən mobil operator, Azərbaycanın idman federasiyalarında “açıq qapı günləri”, idmançıların uşaq və yeniyetmələr ilə görüşləri və s. kimi tədbirlərə artıq dəstək verib. Keçirilən tədbirlərin başlıca məqsədi yetişən gənc nəsil arasında idmana marağı artırmaq, həmçinin Avropa Oyunlarını uşaqlar, yeniyetmələr və onların ailələri arasında təbliğ etməkdir.
RƏVAN
Baxış sayı: 735
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet