Tarix:15/05/15
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, qurğu mənzildə quraşdırılmış mikrofonların köməyi ilə gün ərzində evdə baş verənlər haqda informasiya toplayır. Zərurət yarandıqda sistem qocalar evinin əməkdaşlarına və ya yaşlı insanın qohumlarına hər hansı şübhəli dəyişikliklər haqda məlumat verir. Bildiriş həm informasiya mərkəzinə, həm də smartfona göndərilə bilər.
“Fujitsu” şirkətinin qurğusu görünüşcə fərdi kompüterin audio kolonkasını xatırladır. Aparata yerləşdirilmiş güclü prosessor daxil olan səsləri təhlil edir. Bundan asılı olaraq, sistem bildiriş göndərib-göndərməməsinə qərar verir. Qurğu müxtəlif tezlikli səsləri ayıra bilir. Bundan başqa, cihaz ürək döyüntüsünün sürətlənməsi və yüngül öskürmə kimi həyat fəaliyyəti göstəricilərini qeydə alır.
“Fujitsu” şirkəti cari ilin dekabrında cihazın satışına başlamağı planlaşdırır. Yaşlı insanlara baxmağa kömək edən qurğunun əsas alıcıları ehtimal ki, qocalar evi və başqa xüsusi tibb müəssisələri olacaq.
Emil Hüseynov
Yaponiyada yaşlı insanların qayğısına qalan qurğu hazırlanıb
Yaponiyanın “Asaxi” qəzeti yazır ki, “Fujitsu Ltd.” elektronika şirkəti gün ərzində tənha yaşayan yaşlı insanların qayğısına qalan xüsusi sistem hazırlayıb."ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, qurğu mənzildə quraşdırılmış mikrofonların köməyi ilə gün ərzində evdə baş verənlər haqda informasiya toplayır. Zərurət yarandıqda sistem qocalar evinin əməkdaşlarına və ya yaşlı insanın qohumlarına hər hansı şübhəli dəyişikliklər haqda məlumat verir. Bildiriş həm informasiya mərkəzinə, həm də smartfona göndərilə bilər.
“Fujitsu” şirkətinin qurğusu görünüşcə fərdi kompüterin audio kolonkasını xatırladır. Aparata yerləşdirilmiş güclü prosessor daxil olan səsləri təhlil edir. Bundan asılı olaraq, sistem bildiriş göndərib-göndərməməsinə qərar verir. Qurğu müxtəlif tezlikli səsləri ayıra bilir. Bundan başqa, cihaz ürək döyüntüsünün sürətlənməsi və yüngül öskürmə kimi həyat fəaliyyəti göstəricilərini qeydə alır.
“Fujitsu” şirkəti cari ilin dekabrında cihazın satışına başlamağı planlaşdırır. Yaşlı insanlara baxmağa kömək edən qurğunun əsas alıcıları ehtimal ki, qocalar evi və başqa xüsusi tibb müəssisələri olacaq.
Emil Hüseynov
Baxış sayı: 660
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı