12px13px15px17px
Tarix:09/09/11

“Azərsu”ASC-nin yeni web-səhifəsi test rejimindədir

“Azərsu”ASC-nin yeni internet səhifəsi test rejimindədir. Bu barədə “ictnews”-ə məlumat verən cəmiyyətin Mətbuat və informasiya şöbəsinin rəhbəri Anar Cəbrayıllının bildirdiyinə görə, yüksək keyfiyyətlə hazırlanan rəsmi portal 3 dildə olmaqla özündə bütün məlumatları əks etdirəcək.

Belə ki, istifadəçilər “azersu.az” adlandırılacaq yeni portala daxil olmaqla tariflər haqqında məlumat əldə etmək, online ödəmə, online müraciət etmək imkanlarını əldə etməklə yanaşı, digər faydalı linklərdən yararlana biləcəklər .”

Burada yeniliklərimiz, xəbərdarlıqlarımız da olacaq ki, bütün bunlar “Elektron hökumət” layihəsinin tərkib hissəsi kimi istifadəçilərin ixtiyarına veriləcək” - deyə A.Cəbrayıllı bildirib.



Baxış sayı: 1385

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024