12px13px15px17px
Tarix:16/05/15

Əlyazmalar İnstitutunda yazılı abidələr rəqəmsallaşdırılır

Səudiyyə Ərəbistanı Krallığı  Kral Abdulla adına Tədqiqat  və  Arxiv Fondunun (DAHAR) Milli Əlyazmalar Mərkəzinin direktoru Abdulaziz Abdulrahman Alhelvanın rəhbərlik etdiyi nümayəndə heyəti AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub. Söhbət zamanı Əlyazmalar İnstitutunun  direktoru akademik Teymur Kərimli müştərək islam abidələrinin tədqiqində Səudiyyə  Ərəbistanının alimləri ilə ortaq fəaliyyətdə maraqlı olduğunu bildirib.
 
İnstitutdan qeyd edilib ki, elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli isə Əlyazmalar İnstitutunda yazılı abidələrin rəqəmsallaşdırılması (elektron variantın yaradılması) barədə danışıb.
 
 
Abdulaziz Abdulrahman AMEA Əlyazmalar İnstitutu ilə tanış olduğu üçün məmnunluğunu bildirib. İslam Əlaqələri Nazirliyinin müşaviri cənab Abdulaziz Nasir əl-Saleh isə ümidvar olduğunu bildirib ki, Əlyazmalar İnstitutu ilə Krallığın  Milli Əlyazmalar Mərkəzi arasında geniş əlaqələr yaranacaq, iki müəssisə ortaq islam abidələrini birlikdə tədqiq edəcək. Söhbətdən sonra qonaqlar institutun nəfis əlyazmalar sərgisi ilə və əlyazmaların elektronlaşdırılması prosesi gedən şöbənin işi ilə tanış olublar.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 888

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024