12px13px15px17px
Tarix:18/05/15

Azərbaycanın səhiyyə sistemində vahid elektron idarəetmə sisteminin tətbiqi nəzərdə tutulur

Azərbaycanın ilk uğurlu startaplarından biri “Neuron Technology” şirkəti ölkənin səhiyyə sistemində vahid elektron idarəetmə sisteminin yaradılması ilə bağlı layihəni həyata keçirməyə hazırlaşır.
 
“Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Ələkbərovun  “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu layihənin  Türkiyənin “İsim Soft” şirkəti və “Microsoft” şirkətinin iştirakı ilə həyata keçirilməsi planlaşdırılır.
 
“Azərbaycanın tibb sistemində 500-dən artıq müəssisə mövcuddur və məqsədimiz bu müəssisələrdə xüsusi platformanı tətbiq etməkdir. Bu elektron idarəetmə sistemi artıq Neftçilər xəstəxanasında bir neçə ildir ki, uğurla istifadə edilir. Biz, sadəcə, bu platformanı “İsim Soft”un  müvafiq proqramı əsasında və bulud texnologiyası üzərindən yaradılmasını, proqramın Azərbaycan qanunvericiliyi və dilinə uyğun şəkildə lokallaşdırılmasını nəzərdə tuturuq. Sistemin bulud üzərindən  fəaliyyət göstərməsi sərf ediləcək məsrəfləri azaldacaq. Çünki müəssisələrə artıq əlavə serverlər və avadanlıqlar almağa ehtiyac olmayacaq”, - deyə o qeyd edib.
 
İsmayıl Ələkbərovun sözlərinə əsasən, sistemdə həkimlər, apteklər, dərmanlar və tibb müəssisələri ilə bağlı bütün məlumatlar əks olunacaq.
 
Aynur Vəliyeva



Baxış sayı: 1125

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024