Tarix:18/05/15
İsrailin “Shine” şirkəti tərəfindən yaradılan və məlumat emalı mərkəzlərində quraşdırılan proqram internet və əlavələrdə elanların göstərilməsinə imkan verməyərək "Twitter” və “Facebook” kimi sosial şəbəkələrdə istifadə olunan axınlı elanlara təsir göstərmir.
Avropa mobil rabitə operatorlarından birinin rəhbəri bu məlumatı "Financial Times” nəşrinin jurnalistlərinə təsdiq edib. O, həmçinin qeyd edib ki, reklamın bloklanması istifadəçilər üçün mütləq olmaya bilər, lakin şirkət ümumilikdə şəbəkədə reklamın söndürülməsini nəzərdən keçirir.
Bu tədbirlər “Google” şirkətinin Avropada reklamdan gəlirinin azaldılmasına yönəlib. Provayderlər rəqəmli media şirkətlərinin yüksəksürətli şəbəkələrin tikintisinə və dəstəklənməsinə aid infrastrukturun maliyyələşdirilməsində iştirak etmələrini istəyir. Həmçinin qeyd olunur ki, şirkətlər “Google”u danışıqlar masası arxasına əyləşdirmək üçün onun elanlarını bir saatlıq və ya bir günlüyə bağlaya bilərlər.
Britaniyanın “Juniper Research” şirkətinin proqnozuna görə, 2015-ci ildə mobil reklam xərcləri 51 milyard dollara, 2019-cu ildə 105 milyard dollara çatacaq. “eMarketer” şirkəti isə cari ildə reklam xərclərinin 69 milyard dollar təşkil edəcəyini gözləyir, - "Searchengines” yazır.
Avropa rabitə operatorları mobil reklamı bloklayacaq
Avropa mobil rabitə operatorları şəbəkədə reklamın göstərilməsini blok edəcək proqram təminatını aktivləşdirməyi planlaşdırır.İsrailin “Shine” şirkəti tərəfindən yaradılan və məlumat emalı mərkəzlərində quraşdırılan proqram internet və əlavələrdə elanların göstərilməsinə imkan verməyərək "Twitter” və “Facebook” kimi sosial şəbəkələrdə istifadə olunan axınlı elanlara təsir göstərmir.
Avropa mobil rabitə operatorlarından birinin rəhbəri bu məlumatı "Financial Times” nəşrinin jurnalistlərinə təsdiq edib. O, həmçinin qeyd edib ki, reklamın bloklanması istifadəçilər üçün mütləq olmaya bilər, lakin şirkət ümumilikdə şəbəkədə reklamın söndürülməsini nəzərdən keçirir.
Bu tədbirlər “Google” şirkətinin Avropada reklamdan gəlirinin azaldılmasına yönəlib. Provayderlər rəqəmli media şirkətlərinin yüksəksürətli şəbəkələrin tikintisinə və dəstəklənməsinə aid infrastrukturun maliyyələşdirilməsində iştirak etmələrini istəyir. Həmçinin qeyd olunur ki, şirkətlər “Google”u danışıqlar masası arxasına əyləşdirmək üçün onun elanlarını bir saatlıq və ya bir günlüyə bağlaya bilərlər.
Britaniyanın “Juniper Research” şirkətinin proqnozuna görə, 2015-ci ildə mobil reklam xərcləri 51 milyard dollara, 2019-cu ildə 105 milyard dollara çatacaq. “eMarketer” şirkəti isə cari ildə reklam xərclərinin 69 milyard dollar təşkil edəcəyini gözləyir, - "Searchengines” yazır.
Baxış sayı: 1033
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)