Tarix:22/05/15
Protonlar ilk dəfə 13 teraelektronvoltluq enerjidə (hər proton üçün 6,5 teraelektronvolt) toqquşdurulub. Bu sınaqlar qurğuda sürətləndirilən protonların paralelliyinin təmini və kollimatorların işinin yoxlanılması üçün lazımdır.
Alimlər maksimal enerjidə ilk toqquşmaları mayın 20-21-də keçiriblər və hazırda sınaqlar davam etdirilir. BAK-ın cari ilin iyununda tam işə salınması gözlənilir.
Yaxın altı ayda kollayderdə dörd əsas “ALICE”, “ATLAS”, “CMS” və “LHCb” kollaborasiyasının detektorlarının sınağı keçiriləcək. Bildirilir ki, genişmiqyaslı eksperimentlərə və statistikanın toplanmasına 2015-ci ilin sonunda, 2016-cı ilin əvvəlində başlanacaq.
Son iki ildə sürətləndiricidə modernləşmə işləri aparılıb. Modernləşmə prosesində hissəciklərin toqquşmasının maksimal enerjisinin iki dəfə artırılaraq 13 teraelektronvoltadək (kütlə mərkəzi sistemində) çatdırılması olub.
Kollayderin işi 14 fevral 2013-cü ildə dayandırılıb.
Qeyd edək ki, vəzifəsi Hiqqs bozonunun axtarışından ibarət olan Böyük Adron Kollayderi – yüksək enerjili elementar hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar) sürətləndirilməsi, yığılması və toqquşması (collide) üçün nəzərdə tutulmuş dünyanın ən iri qurğusudur.
Qurğu “CERN” rəhbərliyi ilə İsveçrə və Fransa sərhədində Cenevrə şəhərində inşa olunub, - “Lenta” yazır.
Böyük Adron Kollayderində protonların maksimal enerjidə ilk toqquşması keçirilib
Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) Böyük Adron Kollayderində (BAK) protonların maksimal enerjidə ilk toqquşması keçirilib. Bu barədə təşkilatın saytında deyilir.Protonlar ilk dəfə 13 teraelektronvoltluq enerjidə (hər proton üçün 6,5 teraelektronvolt) toqquşdurulub. Bu sınaqlar qurğuda sürətləndirilən protonların paralelliyinin təmini və kollimatorların işinin yoxlanılması üçün lazımdır.
Alimlər maksimal enerjidə ilk toqquşmaları mayın 20-21-də keçiriblər və hazırda sınaqlar davam etdirilir. BAK-ın cari ilin iyununda tam işə salınması gözlənilir.
Yaxın altı ayda kollayderdə dörd əsas “ALICE”, “ATLAS”, “CMS” və “LHCb” kollaborasiyasının detektorlarının sınağı keçiriləcək. Bildirilir ki, genişmiqyaslı eksperimentlərə və statistikanın toplanmasına 2015-ci ilin sonunda, 2016-cı ilin əvvəlində başlanacaq.
Son iki ildə sürətləndiricidə modernləşmə işləri aparılıb. Modernləşmə prosesində hissəciklərin toqquşmasının maksimal enerjisinin iki dəfə artırılaraq 13 teraelektronvoltadək (kütlə mərkəzi sistemində) çatdırılması olub.
Kollayderin işi 14 fevral 2013-cü ildə dayandırılıb.
Qeyd edək ki, vəzifəsi Hiqqs bozonunun axtarışından ibarət olan Böyük Adron Kollayderi – yüksək enerjili elementar hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar) sürətləndirilməsi, yığılması və toqquşması (collide) üçün nəzərdə tutulmuş dünyanın ən iri qurğusudur.
Qurğu “CERN” rəhbərliyi ilə İsveçrə və Fransa sərhədində Cenevrə şəhərində inşa olunub, - “Lenta” yazır.
Baxış sayı: 675
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet