12px13px15px17px
Tarix:29/05/15

“Android M” mobil platformasının yeni versiyası nümayiş etdirildi

“Google” şirkəti öz mobil əməliyyat sisteminin “Android M” kod adlı yeni versiyasını təqdim edib. “Google”un vitse-prezidenti Sundar Piçai “Google I/O” tərtibatçılar üçün konfransda yeni versiyanı nümayiş etdirib.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, yeni versiyanın əsas özəllikləri  “Android Pay” mobil ödəniş sistemi və platforma səviyyəsində barmaq izinin köməyi ilə standartlaşdırılmış yoxlama sistemidir. Barmaq izinin skaneri ilə təchiz edilmiş qurğular üçün cihazın blokdan çıxarılması və “Google Play” internet mağazasında alış-veriş avtorizasiyası əlçatan olacaq, tərtibatçılar istənilən “Android” proqrama müvafiq “API” quraşdıra biləcəklər.
 
 
“Google”, həmçinin akkumulyatorun şarjının qənaətinə xüsusi önəm verib. “Android” platforması ilə işləyən qurğular məhz bu yönümdə çox vaxt tənqid olunur.
 
“Google”un vitse-prezidenti Devid Byurke bildirib ki, “Android M” versiyasında təxminən 100 yeni funksiya əlçatan olacaq.

Emil Hüseynov
 




Baxış sayı: 1283

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Oktyabr 2024

03 10 2024