12px13px15px17px
Tarix:08/06/15

“Microsoft” Brüsseldə Şəffaflıq Mərkəzi açıb

ABŞ-ın “Microsoft” korporasiyası Brüsseldə Şəffaflıq Mərkəzini (Transparency center) istifadəyə verib. Xüsusi ofis korporasiyanın bu və ya digər məhsulunun çıxış kodunu yoxlamaq istəyən dövlət strukturları ilə qarşılıqlı əlaqə üçün yaradılıb.
 
ABŞ istehsalçısının dövlət qurumları ilə əlaqə üçün müvafiq “Government Security Program” (GSP) proqramı 2003-cü ildən fəaliyyət göstərir. Proqram əməliyyat sisteminin, ofis məhsullarının və s. çıxış kodunun xüsusi xidmət orqanlarına verilməsinə xidmət edir. Şəffaflıq Mərkəzi dövlət qurumlarının “GSP” sazişi üzrə malik olduqları çıxış kodlarına rahat nəzarəti nəzərdə tutur.
 
Burada kompüterlərdə kodun analizi üçün xüsusi proqram təminatı quraşdırılıb. Həmçinin dövlət strukturlarının nümayəndələri kodun statistik və dinamik analizini etmək imkanından yararlana bilərlər.
 
“Government Security Program (GSP)” proqramı çərçivəsində hökumət təşkilatları əsas biznes məhsullarından (Windows 8.1, Windows 7, Windows Vista, Windows Server 2012 R2, Windows Server 2012, Windows Server 2008 R2 və Windows Server 2008, Office 2013, Office 2010 və Office 2007, Lync 2013, SharePoint 2010, Windows Embedded CE 6.0, CE 5.0 və CE 4.0) yararlanmaq imkanına malikdirlər.  
“GSP” dünyanın 23 ölkəsində 42 müxtəlif agentlik üçün fəaliyyət göstərir. Brüssel Şəffaflıq Mərkəzi “Microsoft”un 2014-cü ilin iyunda ABŞ-da açdığı mərkəzdən sonra istifadəyə verilən ikinci mərkəzdir. Belə mərkəzlərin digər Avropa ölkələrində, Şimali və Cənubi Amerikada, Asiyada açılması planlaşdırılır, - “Xaker” yazır.



Baxış sayı: 711

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024