Tarix:08/06/15
Seminar-məşğələnin keçirilməsi Təhsil Kompleksi şagirdlərində coğrafi biliklərə, eləcə də coğrafiya elminə marağın artırılması məqsədini daşıyıb. İnstitutla ümumi tanışlıqdan sonra uşaqlar ən müasir avadanlıqlarla təchiz olunmuş Xəritəçilik və coğrafi informasiya şöbəsində olublar.
Burada şöbənin kiçik elmi işçisi, GAMŞ idarə heyətinin üzvü Rauf Əmənov sürətli kompüterlər, plotterlər və professional skanerləri nümayiş etdirib, şagirdlərə coğrafi informasiya texnologiyalarının, eləcə də “ArcGİS 10.2” proqram təminatının köməyi ilə xəritələrin və Azərbaycanın geoinformasiya bazasının hazırlanması barədə məlumat verib. İnstitutdan bildirilib ki, şagirdlər həmçinin, Ukraynadan alınmış “SER-01 ElvaX” stolüstü rentgen-fluoressensiyalı spektrometrinin köməyi ilə su və torpağın tərkibindəki mikroelementlərin müəyyənləşdirilməsi prosesini də izləyiblər.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, c.ü.f.d. Samirə Ələkbərova Coğrafiya İnstitutunun 70 ildə qazandığı nailiyyətləri əks etdirən videoçarxın müşayiəti ilə institut haqqında məruzə edib, institutun strukturu, tarixi, tədqiqat sahələri, nəşr fəaliyyəti, tanınmış alimləri və s. haqqında danışıb.
Həqiqət İSABALAYEVA
Azərbaycanın geoinformasiya bazası hazırlanır
AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri üçün “Müasir coğrafi tədqiqatlar və onların CİS mühitində tədqiqi” mövzusunda seminar-məşğələ keçirib.Seminar-məşğələnin keçirilməsi Təhsil Kompleksi şagirdlərində coğrafi biliklərə, eləcə də coğrafiya elminə marağın artırılması məqsədini daşıyıb. İnstitutla ümumi tanışlıqdan sonra uşaqlar ən müasir avadanlıqlarla təchiz olunmuş Xəritəçilik və coğrafi informasiya şöbəsində olublar.
Burada şöbənin kiçik elmi işçisi, GAMŞ idarə heyətinin üzvü Rauf Əmənov sürətli kompüterlər, plotterlər və professional skanerləri nümayiş etdirib, şagirdlərə coğrafi informasiya texnologiyalarının, eləcə də “ArcGİS 10.2” proqram təminatının köməyi ilə xəritələrin və Azərbaycanın geoinformasiya bazasının hazırlanması barədə məlumat verib. İnstitutdan bildirilib ki, şagirdlər həmçinin, Ukraynadan alınmış “SER-01 ElvaX” stolüstü rentgen-fluoressensiyalı spektrometrinin köməyi ilə su və torpağın tərkibindəki mikroelementlərin müəyyənləşdirilməsi prosesini də izləyiblər.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, c.ü.f.d. Samirə Ələkbərova Coğrafiya İnstitutunun 70 ildə qazandığı nailiyyətləri əks etdirən videoçarxın müşayiəti ilə institut haqqında məruzə edib, institutun strukturu, tarixi, tədqiqat sahələri, nəşr fəaliyyəti, tanınmış alimləri və s. haqqında danışıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 781
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)