12px13px15px17px
Tarix:09/06/15

Yeni “iOS 9” mobil platforması təqdim olunub

“Apple” şirkəti yeni “iOS 9” mobil əməliyyat sistemini təqdim edib. Platformanın əsas xüsusiyyətləri məhsuldarlığın yaxşılaşdırılması və “Proactive Assistant” funksiyasının köməyi ilə axtarışın təkmilləşdirilməsidir. Bu barədə “WWDC” konfransında şirkətin vitse-prezidenti Kreyq Federiqi bildirib.
 
“Proactive Assistant” - “Siri” funksiyasını tamamlamaqla "Google Now” servisinin rəqibi hesab edilir. Funksiya istifadəçinin gün ərzində davranışını öyrənəcək və ona lazım bildiyi vaxtda əlavə və ya kontent təklif edəcək. Məsələn, istifadəçi həftədə üç dəfə idman zalına gedərsə və müəyyən vaxtda qulaqcıq taxarsa, məhz həmin vaxtda “Proactive” məşq üçün energetik musiqini işə salacaq.  
 
Bundan başqa, funksiya istifadəçinin elektron poçtundan tanış olmayan nömrələri və digər məlumatları seçib ayıra bilir. Kənar proqram tərtibatçıları funksiyanı öz əlavələrinə inteqrasiya edə biləcəklər. 
 
“iOS 9” platforması “iOS 8” sisteminin dəstəkləndiyi bütün qurğularda işləyəcək. Bu isə o deməkdir ki, bütün “iPhone” və “iPad” modelləri, o cümlədən “iPhone 4S” və “iPad 2” yenilənəcək. “Apple” nümayəndələri bildirib ki, platformanın yaddaş tutumu 1,3 giqabayat təşkil edəcək. “iOS 9” sisteminin idarəetməsi ilə işləyən qurğunun iş vaxtı təxminən bir saat artırılıb, eləcə də smartfonun və ya planşetin iş vaxtını təxminən 3 saat artırmağa imkan verən enerjini saxlama rejimindən istifadə etmək mümkündür.
 
Tərtibatçılar “iOS 9”-un beta-versiyasından artıq bu gün yararlana biləcəklər, istifadəçilər isə iyulda ümumi versiyadan istifadə etmək imkanı əldə edəcəklər. Final versiyasının cari ilin payızında buraxılması gözlənilən platformadan istifadəçilər pulsuz yararlanmaq imkanı əldə edə biləcəklər, - "Lenta yazır.



Baxış sayı: 729

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024