Tarix:11/06/15
Bu yarışlara yüksək səviyyədə hazırlanmaqla, Azərbaycanda bundan sonra triatlon idmanın əsas yarışlardan birinə çevriləcəyi gözlənilir. Təşkilat Komitəsindən qeyd edilib ki, şənbə günü, 13 iyun tarixində qadınların və bazar günü, 14 iyun tarixində kişilərin triatlon yarışları Azərbaycanda ilk beynəlxalq triatlon yarışları olacaq.
Azərbaycan Triatlon Federasiyası “Bakı 2015”-ə hazırlıqlar çərçivəsində 2013-cü ilin iyun ayında yaradılıb. Bu yarışa hazırlıqlarda əsas sütun rolunu oynayan triatlon yarışının meneceri Lukaş Matis, bu yarışların Azərbaycanın gələcəkdə triatlon yarışlarında yer alması üçün əsas təməl olacağına inanır:
“Bu yarışlardan sonra biz Azərbaycan üçün əhəmiyyətli bir triatlon infrastrukturu miras qoyacağıq. Alınan avadanlıqlar və əldə olunan təcrübə bundan sonra yüksəksəviyyəli yarışların, hətta Dünya Kubokunun keçirilməsi üçün kifayət edəcək”.
Bundan sonrakı irəliləyiş artıq federasiyanın rəhbərliyindən asılıdır. Matis inanır ki, triatlonun ilk Avropa Oyunlarında yer alması bu idman növü üçün yaxşı haldır və bu, onun necə inkişafının göstəricisidir.
O, triatlonun nisbətən gənc idman növü olduğunu qeyd etdi. Bu idman növü ilk dəfə Olimpiya Oyunları sırasına 2000-ci ildə keçirilən Sidney Olimpiya Oyunlarında daxil edilib və o vaxtdan bəri olimpiya idmanı hesab edilir.
Həqiqət İSABALAYEVA
“Bakı 2015” Azərbaycanda triatlonun təməlini qoyacaq
Birinci Avropa Oyunları ilə birlikdə ilk beynəlxalq triatlon yarışları Azərbaycanda keçiriləcək. Azərbaycanda triatlon yarışları ilk dəfə “Bakı 2015” Avropa Oyunlarının ilk həftəsində keçiriləcək.Bu yarışlara yüksək səviyyədə hazırlanmaqla, Azərbaycanda bundan sonra triatlon idmanın əsas yarışlardan birinə çevriləcəyi gözlənilir. Təşkilat Komitəsindən qeyd edilib ki, şənbə günü, 13 iyun tarixində qadınların və bazar günü, 14 iyun tarixində kişilərin triatlon yarışları Azərbaycanda ilk beynəlxalq triatlon yarışları olacaq.
Azərbaycan Triatlon Federasiyası “Bakı 2015”-ə hazırlıqlar çərçivəsində 2013-cü ilin iyun ayında yaradılıb. Bu yarışa hazırlıqlarda əsas sütun rolunu oynayan triatlon yarışının meneceri Lukaş Matis, bu yarışların Azərbaycanın gələcəkdə triatlon yarışlarında yer alması üçün əsas təməl olacağına inanır:
“Bu yarışlardan sonra biz Azərbaycan üçün əhəmiyyətli bir triatlon infrastrukturu miras qoyacağıq. Alınan avadanlıqlar və əldə olunan təcrübə bundan sonra yüksəksəviyyəli yarışların, hətta Dünya Kubokunun keçirilməsi üçün kifayət edəcək”.
Bundan sonrakı irəliləyiş artıq federasiyanın rəhbərliyindən asılıdır. Matis inanır ki, triatlonun ilk Avropa Oyunlarında yer alması bu idman növü üçün yaxşı haldır və bu, onun necə inkişafının göstəricisidir.
O, triatlonun nisbətən gənc idman növü olduğunu qeyd etdi. Bu idman növü ilk dəfə Olimpiya Oyunları sırasına 2000-ci ildə keçirilən Sidney Olimpiya Oyunlarında daxil edilib və o vaxtdan bəri olimpiya idmanı hesab edilir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 713
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet