Tarix:22/06/15
“ABI Research” analitiki Ceyk Sanders qeyd edib ki, artıq 2017-ci ildə dünya ev təsərrüfatlarının yarısı ödənişli televiziya xidmət istifadəçisi olacaq. Bu, 1 milyarda yaxın ev təsərrüfatı deməkdir.
Analitiklərin qənaətinə görə, Şimali Amerika və Qərbi Avropa ödənişli TV bazarında rəqabət daha güclüdür. Bu regionda servislərin nüfuzetmə səviyyəsi 60-80 faizə çatır və burada artım çox zəif gedəcək.
“ABI Research” proqnozuna görə, dünya ödənişli TV bazarı 2020-ci ilədək 1,1 milyard abunəçiyə çatacaq, həcmi isə 307,5 milyard dollar təşkil edəcək. Daha çox artım (yaxın beş ildə 5 faiz - 79,4 milyard dollaradək) Asiya və Sakit okean ölkələrində gözlənilir.
Ödənişli TV bazarında sürətli artım təkcə Asiya bazarında deyil, həm də Cənubi Amerika bazarında müşahidə edilir. “Digital TV Research” şirkətinin son məlumatına görə, Cənubi Amerikada 2020-ci ildə artım iki dəfədən çox - 2015-ci ildəki 1,13 milyard dollardan 2,91 milyard dollaradək yüksələcək. 2014-2020-ci illərdə bazarın artacağı 2,126 milyard dollardan 938 milyon dollar Braziliyanın, 437 milyon dollar Meksikanın payına düşəcək, - "TelecomDaily” yazır.
Dünyada ödənişli TV abunəçilərinin sayı 900 milyona çatıb
Dünya ödənişli televiziya xidməti abunəçilərinin sayı 2015-ci ilin birinci rübündə 900 milyonu ötüb ki, bu da 48 faiz nüfuzetmə səviyyəsinə bərabərdir. Bu barədə “ABI Research” analitik şirkətinin hesabatında deyilir. Şirkət əməkdaşlarının fikrincə, yaxın bir neçə ildə bazarın artımı inkişaf etməkdə olan bazarların sayəsində stabil qalacaq.“ABI Research” analitiki Ceyk Sanders qeyd edib ki, artıq 2017-ci ildə dünya ev təsərrüfatlarının yarısı ödənişli televiziya xidmət istifadəçisi olacaq. Bu, 1 milyarda yaxın ev təsərrüfatı deməkdir.
Analitiklərin qənaətinə görə, Şimali Amerika və Qərbi Avropa ödənişli TV bazarında rəqabət daha güclüdür. Bu regionda servislərin nüfuzetmə səviyyəsi 60-80 faizə çatır və burada artım çox zəif gedəcək.
“ABI Research” proqnozuna görə, dünya ödənişli TV bazarı 2020-ci ilədək 1,1 milyard abunəçiyə çatacaq, həcmi isə 307,5 milyard dollar təşkil edəcək. Daha çox artım (yaxın beş ildə 5 faiz - 79,4 milyard dollaradək) Asiya və Sakit okean ölkələrində gözlənilir.
Ödənişli TV bazarında sürətli artım təkcə Asiya bazarında deyil, həm də Cənubi Amerika bazarında müşahidə edilir. “Digital TV Research” şirkətinin son məlumatına görə, Cənubi Amerikada 2020-ci ildə artım iki dəfədən çox - 2015-ci ildəki 1,13 milyard dollardan 2,91 milyard dollaradək yüksələcək. 2014-2020-ci illərdə bazarın artacağı 2,126 milyard dollardan 938 milyon dollar Braziliyanın, 437 milyon dollar Meksikanın payına düşəcək, - "TelecomDaily” yazır.
Baxış sayı: 675
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet