12px13px15px17px
Tarix:23/06/15

"I Avropa Oyunlarının Bağlanış mərasimində karnavala bənzər ab-hava gözləmək olar"

"Bağlanış mərasimləri ənənəvi olaraq hər zaman açılış mərasimlərindən fərqlənir. Sözsüz ki, bu Azərbaycanda da belə olacaq".

 barədə "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq mətbuat konfransında deyib.
 

O bildirib ki, bağlanış mərasimində karnavala bənzər ab-hava gözləmək olar:

"Stadionda olan insanlarla bərabər, bulvarda olanlar da mərasimdən böyük zövq alacaqlar. Atəşfəşanlıq və digər tədbirlər insanlara xoş təəssürat bağışlayacaq. Bağlanış mərasimi ilə bağlı hansısa detalları açıqlaya bilmərəm. Çünki bunu məxfi saxlayırıq. Açılış mərasimində də belə etmişdik. Lakin deyə bilərəm ki, çox baxımlı və yaraşıqlı mərasim olacaq. Təbii ki, bağlanış mərasiminin axarı açılış mərasimindən fərqli olacaq".





Baxış sayı: 747

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024