12px13px15px17px
Tarix:23/06/15

ABŞ ordusu “Windows 10” platformasına keçməmək üçün milyonlarla dollar ödəyib

ABŞ-ın Hərbi Dəniz Qüvvələri ötən il dəstəyi dayandırılmış “Windows XP” əməliyyat sistemində (ƏS) boşluqlara görə yeniləmə paketi almaq üçün “Microsoft” korporasiyasına 9,1 milyon dollar ödəyib. Hazırda Hərbi-Dəniz Qüvvələrində təxminən 100 min fərdi kompüter (FK) bu əməliyyat sistemi ilə işləyir.

"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, bütövlükdə  ABŞ ordusu 2017-ci ilədək yeniləmə paketi almaq üçün 30,8 milyon dollar ödəyə bilər.

“Microsoft” korporasiyası və texniki təchizat və kommunikasiyalar üçün cavabdeh Hava və Dəniz qoşunları sistemlərinin İdarəetmə Mərkəzi (“SPAWAR”) arasında müqavilə imzalanıb.

"Hərbi Dəniz Qüvvələri “Windows”un versiyasından asılı olan köhnə proqram təminatından istifadə edir. Belə olan halda səmərəli iş prosesinin dəstəklənməsi üçün FK-yə xidmət göstərilməsi mühümdür" – “SPAWAR”-ın nümayəndəsi Stiven Devis şərh edib.

“Net Applications”in qiymətləndirməsinə əsasən, hazırda dünyada “Windows XP” ƏS-nin bazar payı 14,6 faiz təşkil edir. Bu əməliyyat sistemi yalnız “Windows 7” (57,8 faiz) platformasından geri qalaraq ikinci pillədə qərarlaşıb.

Emil Hüseynov
 

 
 
 
 



Baxış sayı: 627

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024