Tarix:30/06/15
“Uber France” şirkətinin baş direktoru Timbo Semfal və “Uber”in Avropa üzrə rəhbəri Pyer-Dimitri Qor-Koti “UberPOP” mobil əlavəsinin fəaliyyətinin təhqiqatı çərçivəsində saxlanılıb və informasiya texnologiyaları sahəsində cinayətkarlıqla mübarizə şöbəsinin nümayəndələri tərəfindən sorğu-sual edilib.
İyunun 29-da Fransa daxili işlər naziri Bernar Kaznev Paris taksilərinin yoxlanılması üçün əlavə 200 polis nəfərinin ayrılması ilə bağlı göstəriş verib. Sürücünün müvafiq lisenziya olmadan ödənişli xidmətlər göstərməsində şübhələr yaranacağı təqdirdə maşın həbs ediləcək.
Respublika Prezidenti Fransua Oland “UberPop” servisinin fəaliyyətinin qeyri-qanuni olması ilə bağlı qərarın qəbul edilməsini, onunla birlikdə işləyən avtomobillərin nəzarət altına götürülməsini tələb edib. B.Kaznev Paris polis rəisinə “UberPop” əlavəsinin fəaliyyətini qeyri-qanuni elan edən sərəncamın verilməsi xahişi ilə müraciət ünvanlayıb.
İyunun 24-də Parisdə və ölkənin bir neçə böyük şəhərində kütləvi iğtişaşlara çevrilən etiraz aksiyaları başlayıb.
1 yanvar 2015-ci ildə Fransada lisenziya olmadan sərnişindaşımaları ilə məşğul olmağı qadağan edən qanun qüvvəyə minib. 2014-cü ilin dekabrında Fransa Ali Məhkəməsi “Uber” fəaliyyətini qadağan etməkdən imtina edib.
Məlumat üçün qeyd edək ki, 2009-cu ildə yaradılan “Uber” şirkətinin mobil əlavəsi taksi və ya fərdi sürücüləri axtarmağa, sifariş və ödəniş etməyə imkan verir. 2014-cü ilin dekabrında şirkət 41 milyard dollar dəyərində 1,2 milyard dollarlıq investisiya cəlb edib, - "Lenta” yazır.
Fransada “Uber” rəhbərləri həbs edilib
Parisdə “Uber” onlayn taksi sifarişi xidmətinin iki rəhbəri nəzarət altına alınıb. Bu barədə “Le Monde” qəzeti məlumat verib.“Uber France” şirkətinin baş direktoru Timbo Semfal və “Uber”in Avropa üzrə rəhbəri Pyer-Dimitri Qor-Koti “UberPOP” mobil əlavəsinin fəaliyyətinin təhqiqatı çərçivəsində saxlanılıb və informasiya texnologiyaları sahəsində cinayətkarlıqla mübarizə şöbəsinin nümayəndələri tərəfindən sorğu-sual edilib.
İyunun 29-da Fransa daxili işlər naziri Bernar Kaznev Paris taksilərinin yoxlanılması üçün əlavə 200 polis nəfərinin ayrılması ilə bağlı göstəriş verib. Sürücünün müvafiq lisenziya olmadan ödənişli xidmətlər göstərməsində şübhələr yaranacağı təqdirdə maşın həbs ediləcək.
Respublika Prezidenti Fransua Oland “UberPop” servisinin fəaliyyətinin qeyri-qanuni olması ilə bağlı qərarın qəbul edilməsini, onunla birlikdə işləyən avtomobillərin nəzarət altına götürülməsini tələb edib. B.Kaznev Paris polis rəisinə “UberPop” əlavəsinin fəaliyyətini qeyri-qanuni elan edən sərəncamın verilməsi xahişi ilə müraciət ünvanlayıb.
İyunun 24-də Parisdə və ölkənin bir neçə böyük şəhərində kütləvi iğtişaşlara çevrilən etiraz aksiyaları başlayıb.
1 yanvar 2015-ci ildə Fransada lisenziya olmadan sərnişindaşımaları ilə məşğul olmağı qadağan edən qanun qüvvəyə minib. 2014-cü ilin dekabrında Fransa Ali Məhkəməsi “Uber” fəaliyyətini qadağan etməkdən imtina edib.
Məlumat üçün qeyd edək ki, 2009-cu ildə yaradılan “Uber” şirkətinin mobil əlavəsi taksi və ya fərdi sürücüləri axtarmağa, sifariş və ödəniş etməyə imkan verir. 2014-cü ilin dekabrında şirkət 41 milyard dollar dəyərində 1,2 milyard dollarlıq investisiya cəlb edib, - "Lenta” yazır.
Baxış sayı: 727
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet