12px13px15px17px
Tarix:01/07/15

“Microsoft-Azərbaycan”: “Birinci Avropa Oyunlarında bulud platformasının tətbiqi effektiv təcrübə oldu”

“Microsoft-Azərbaycan” şirkəti Azərbaycanda bulud texnologiyalarının uğurlu istifadə edilməsini Birinci Avropa Oyunları çərçivəsində yaratdığı İT platforması ilə nümayiş etdirib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətin rəhbəri Rüfət Hacıəlibəyov bu haqda bəhs edərək bildirib ki, Birinci Avropa Oyunları zamanı “Microsoft”un yaratdığı bulud platforması “BigData” texnologiyalarının təhlükəsiz şəkildə tətbiqinin mümkün olduğunun göstəricisi oldu.
 
“Bulud texnologiyalarına müraciət edərək az vəsait xərcləri ilə, vahid İT platforma yaratmaqla dövlət qurumları arasında effektiv elektron sənəd dövriyyəsi sistemi qurmaq mümkündür. Bu gün biz bır sıra nazirliklərlə və qurumlarla danışıqlar aparırıq və bu qurumları ən çox narahat edən məsələ məlumatlarının məxfiliyinin qorunmasıdır. “Microsoft”un təqdim etdiyi hibrid həllər dövlət qurumlarına və özəl şirkətlərə aid olan məlumatları məxfi və açıq zonalara bölərək onların bir hissəsini buludda, məxfi hissəsini isə qurumların serverlərində yerləşdirməyə imkan verir. Bununla şirkət həm böyük həcmdə server avadanlıqlarının alınmasına və saxlanılmasına xərclənilən vəsaitə qənaət edə, həm də məlumatlarının məxfiliyini təmin edə bilər”, - deyə R. Hacıəlibəyov bildirib.
 
Aynur Vəliyeva



Baxış sayı: 680

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024