Tarix:06/07/15
Texnologiyanın üstünlükləri, yaratdığı böyük şərait və eləcə də əməyin, əlavə xərcin azaldılmasında əvəzsiz rola malik olması ondan ən müxtəlif sahələrdə, hətta əmək haqlarının hesablanmasında istifadəsinə, üstəlik hər bir kəsə özünün alacağı maaşı ay ərzində onlayn şəkildə izləməsinə imkan verir.
Bununla əlaqədar olaraq Azərbaycan Dövlət İqtisad Universitetində diferensial əmək haqqı sisteminin tətbiqinə başlanılıb. Universitetdən verilən məlumata görə, əmək haqlarına diferensial əlavələrin edilməsində əsas məqsəd pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirməkdir. Yeni qaydalara əsasən, xidməti fəaliyyətin qiymətləndirilməsi məqsədilə bütün zəruri məlumatlar pedaqoji heyət tərəfindən xüsusi proqram təminatı vasitəsilə sistemə daxil ediləcək.
Növbəti mərhələdə professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiya təsdiqedici sənədlərdə ekspertiza aparacaq. Qaydalara əsasən, heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata keçiriləcək. Hər tədris ilinin may ayının 31-dən növbəti ilin müvafiq tarixinə qədər toplanan ballara əsasən, müəllimlərin əmək haqlarına əlavələr olunacaq. Əlavələr mövcud əmək haqqının 1-2 misli qədər nəzərdə tutulub.
Müəllimlər ilə yanaşı, kafedra və fakültələrin də reytinqi müəyyən ediləcək. Ən yüksək nəticə göstərən kafedra müdiri əmək haqqının 2 misli qədər birdəfəlik mükafat əldə edə biləcək. Ən yüksək nəticə göstərən fakültənin dekanlıq əməkdaşları isə ADİU-nun Qubadakı tədris, idman və istirahət kompleksində 7 günlük istirahət edə biləcək.
Dünyanın nüfuzlu universitetlərində tətbiq edilən diferensial əmək haqqı sisteminin üstünlüklərinə əməkdaşların pedaqoji fəaliyyətindəki məhsuldarlığının yüksəldilməsi və uğur kriterilərinin müəyyən edilməsi, heyətin adekvat şəkildə mükafatlandırılmasının təmin edilməsi, rəqabət mühitinin gücləndirilməsi, məmnuniyyət səviyyəsinin artırılması və keyfiyyət göstəricilərinin yüksəldilməsi daxildir.
SEYMUR
Azərbaycanda ilk: Universitet müəllimlərinin maaşı xüsusi proqram vasitəsilə hesablanacaq
İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bir çox sahələrə nüfuz etməsi ilə nəticələnib. Azərbaycan insanının texnologiyalarda işləmək qabiliyyətini mənimsəməsi müxtəlif İT proqramlarını özünün gündəlik həyat və iş fəaliyyətində tətbiq etməyə imkan verib.Texnologiyanın üstünlükləri, yaratdığı böyük şərait və eləcə də əməyin, əlavə xərcin azaldılmasında əvəzsiz rola malik olması ondan ən müxtəlif sahələrdə, hətta əmək haqlarının hesablanmasında istifadəsinə, üstəlik hər bir kəsə özünün alacağı maaşı ay ərzində onlayn şəkildə izləməsinə imkan verir.
Bununla əlaqədar olaraq Azərbaycan Dövlət İqtisad Universitetində diferensial əmək haqqı sisteminin tətbiqinə başlanılıb. Universitetdən verilən məlumata görə, əmək haqlarına diferensial əlavələrin edilməsində əsas məqsəd pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirməkdir. Yeni qaydalara əsasən, xidməti fəaliyyətin qiymətləndirilməsi məqsədilə bütün zəruri məlumatlar pedaqoji heyət tərəfindən xüsusi proqram təminatı vasitəsilə sistemə daxil ediləcək.
Növbəti mərhələdə professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiya təsdiqedici sənədlərdə ekspertiza aparacaq. Qaydalara əsasən, heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata keçiriləcək. Hər tədris ilinin may ayının 31-dən növbəti ilin müvafiq tarixinə qədər toplanan ballara əsasən, müəllimlərin əmək haqlarına əlavələr olunacaq. Əlavələr mövcud əmək haqqının 1-2 misli qədər nəzərdə tutulub.
Müəllimlər ilə yanaşı, kafedra və fakültələrin də reytinqi müəyyən ediləcək. Ən yüksək nəticə göstərən kafedra müdiri əmək haqqının 2 misli qədər birdəfəlik mükafat əldə edə biləcək. Ən yüksək nəticə göstərən fakültənin dekanlıq əməkdaşları isə ADİU-nun Qubadakı tədris, idman və istirahət kompleksində 7 günlük istirahət edə biləcək.
Dünyanın nüfuzlu universitetlərində tətbiq edilən diferensial əmək haqqı sisteminin üstünlüklərinə əməkdaşların pedaqoji fəaliyyətindəki məhsuldarlığının yüksəldilməsi və uğur kriterilərinin müəyyən edilməsi, heyətin adekvat şəkildə mükafatlandırılmasının təmin edilməsi, rəqabət mühitinin gücləndirilməsi, məmnuniyyət səviyyəsinin artırılması və keyfiyyət göstəricilərinin yüksəldilməsi daxildir.
SEYMUR
Baxış sayı: 1132
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)