Tarix:08/07/15
“ICTnews” elektron xəbər xidməti bildirir ki, ötən illərlə müqayisədə onlayn sığorta xidmətlərindən yararlanan insanların sayında bir neçə dəfə artım qeydə alınıb. Ölkədə ən böyük sığorta şirkətlərindən biri olan “Atəşğah”dan verilən məlumata görə, onlayn sığortadan əldə edilən yığımlar şirkətin büdcəsində əhəmiyyətli yer almağa başlayıb.
Bununla yanaşı, bu ilin birinci yarısında “hesab.az”-da icbari və səyahət sığortasını əldə edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 142 faiz artıb.
Qeyd edək ki, “hesab.az” portalında qeydiyyatdan keçən istifadəçilər icbari və səyahət sığorta polislərini ev və ofislərdən çıxmadan əldə edə bilərlər. Portalda yaradılan tam avtomatlaşdırılmış modul vasitəsi ilə istənilən bank kartının sahibi cəmi 3-4 dəqiqədə sığortanın dəyərini hesablayıb ödəyir. Alınan sığorta polislərinin müştəriyə çatdırılması 24 saat ərzində təmin edilir. Bakı və Sumqayıt şəhərləri üzrə çatdırılma pulsuzdur.
Səyahət sığorta polisləri isə 1 saat ərzində müştərinin poçt ünvanına göndərilir.
SEYMUR
Onlayn sığortanın həcmi artıb
Azərbaycanda onlayn sığorta xidmətlərindən istifadə edənlərin sayı artıb. Ölkədə internet istifadəçilərinin çoxalması və nağdsız ödənişlərin təşviq edilməsi sığorta proseslərinin də “beynəlxalq hörümçək toru” üzərindən həyata keçirməyə marağı böyüdüb.“ICTnews” elektron xəbər xidməti bildirir ki, ötən illərlə müqayisədə onlayn sığorta xidmətlərindən yararlanan insanların sayında bir neçə dəfə artım qeydə alınıb. Ölkədə ən böyük sığorta şirkətlərindən biri olan “Atəşğah”dan verilən məlumata görə, onlayn sığortadan əldə edilən yığımlar şirkətin büdcəsində əhəmiyyətli yer almağa başlayıb.
Bununla yanaşı, bu ilin birinci yarısında “hesab.az”-da icbari və səyahət sığortasını əldə edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 142 faiz artıb.
Qeyd edək ki, “hesab.az” portalında qeydiyyatdan keçən istifadəçilər icbari və səyahət sığorta polislərini ev və ofislərdən çıxmadan əldə edə bilərlər. Portalda yaradılan tam avtomatlaşdırılmış modul vasitəsi ilə istənilən bank kartının sahibi cəmi 3-4 dəqiqədə sığortanın dəyərini hesablayıb ödəyir. Alınan sığorta polislərinin müştəriyə çatdırılması 24 saat ərzində təmin edilir. Bakı və Sumqayıt şəhərləri üzrə çatdırılma pulsuzdur.
Səyahət sığorta polisləri isə 1 saat ərzində müştərinin poçt ünvanına göndərilir.
SEYMUR
Baxış sayı: 668
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet