12px13px15px17px
Tarix:09/07/15

“Gartner”: “Windows 10” fərdi kompüterlərin satışını artırmağa kömək etməyəcək”

“Gartner” analitik şirkətinin proqnozuna görə, "Windows 10” əməliyyat sisteminin çıxması şirkətlərin yeni sistemi sınaqdan keçirən zaman peşəkar noutbuk və ultramobil kompüter modellərinin istismar müddətinin uzadılmasına görə onlara tələbatı azaldacaq.


Kompüterlərin dəyişdirilməsinə satıcılar və alıcılar yeni qiymətlərə öyrəşdikdən sonra, 2016-cı ildə başlana bilər.
 
“Gartner”in qiymətləndirməsinə görə, 2015-ci il ərzində dünyada satılan 2,5 milyard rəqəmli qurğunun 323 milyonu "Windows” sisteminin idarəetməsi ilə işləyəcək. Bu, ümumi sayın 13,2 faizini təşkil edir və ötən ildən 1,5 faiz azdır. Qurğuların əksəriyyəti smartfonlardır və onların çoxu “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir. “Windows” sistemli planşet və smartfonların payı cüzidir və “Microsoft” korporasiyasının əvvəllər olduğu kimi əsas gəlirlərini azalmaqda olan fərdi kompüterlər bazarından əldə edəcəyi gözlənilir. 2015-ci ildə dünyada 300 milyon fərdi kompüter və ultramobil kompüter satılacaq ki, bu da ötən ildən 4,4 faiz azdır.
 
“Gartner” analitikləri artıq üçüncü dəfədir bazar üzrə proqnozu azaldırlar.  
 
Qeyd olunur ki, fərdi kompüterlərə tələbatın azalması həm də makroiqtisadi faktorlarla, xüsusilə dolların məzənnəsinin artması, xarici bazarlarda qiymətlərin yüksəlməsi ilə əlaqədardır, - "Computerworld” yazır.



Baxış sayı: 751

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024