Tarix:16/07/15
Məlumata görə, bu bazar ABŞ-ın “Apple” şirkətinin onlayn mağazasında əlavələrin sayı 1,5 milyonu ötüb, həmçinin şirkət ümumilikdə 2,3 milyon proqramı təsdiq edib. “App Store”da 23 400 proqram məxsusi “Mac” kompüterləri üçün yazılıb. Bundan əlavə, “iPhone” istifadəçiləri 1 milyondan çox oyun və əlavə yükləyə bilərlər, eləcə də “iPad” planşeti üçün 480 minə yaxın proqram optimallaşdırılıb.
10 iyul 2008-ci ildə fəaliyyətə başlayan “App Store” əlavələr mağazasında təqdim edilən proqramların bir hissəsi pulsuzdur. Mağazada istifadəçilərin 24 kateqoriyada, o cümlədən oyunlar, sosial şəbəkələr, foto və video, idman, sağlamlıq və fitnes, səyahət və s. kateqoriyada çoxlu seçim imkanı var.
2015-ci ilin ilk həftəsində rekord qeydə alınıb. Belə ki, istifadəçilər mağazada əlavələrin alışına təxminən yarım milyard dollar xərcləyiblər, ilin ilk günündə isə mağaza tarixində gündüz vaxtı satışın maksimal həcminə nail olunub.
Hazırda proqram tərtibatçılarının "App Store”da əlavə və oyunlardan ümumi gəlirləri 25 milyard dollar təşkil edir, - "Macdigger” yazır.
“App Store” mağazasında əlavələrin sayı 1,5 milyonu ötüb
“AppShopper” analitik şirkətinin məlumatına görə, “App Store” mağazasında aktiv mobil əlavələrin sayı 1,5 milyon ədədi ötüb. Aktiv proqramlar - mağazadan yüklənməyə hazır olan proqramlardır.Məlumata görə, bu bazar ABŞ-ın “Apple” şirkətinin onlayn mağazasında əlavələrin sayı 1,5 milyonu ötüb, həmçinin şirkət ümumilikdə 2,3 milyon proqramı təsdiq edib. “App Store”da 23 400 proqram məxsusi “Mac” kompüterləri üçün yazılıb. Bundan əlavə, “iPhone” istifadəçiləri 1 milyondan çox oyun və əlavə yükləyə bilərlər, eləcə də “iPad” planşeti üçün 480 minə yaxın proqram optimallaşdırılıb.
10 iyul 2008-ci ildə fəaliyyətə başlayan “App Store” əlavələr mağazasında təqdim edilən proqramların bir hissəsi pulsuzdur. Mağazada istifadəçilərin 24 kateqoriyada, o cümlədən oyunlar, sosial şəbəkələr, foto və video, idman, sağlamlıq və fitnes, səyahət və s. kateqoriyada çoxlu seçim imkanı var.
2015-ci ilin ilk həftəsində rekord qeydə alınıb. Belə ki, istifadəçilər mağazada əlavələrin alışına təxminən yarım milyard dollar xərcləyiblər, ilin ilk günündə isə mağaza tarixində gündüz vaxtı satışın maksimal həcminə nail olunub.
Hazırda proqram tərtibatçılarının "App Store”da əlavə və oyunlardan ümumi gəlirləri 25 milyard dollar təşkil edir, - "Macdigger” yazır.
Baxış sayı: 889
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)