12px13px15px17px
Tarix:22/07/15

iOS 8” sistemi “Apple” mobil qurğularının 85 faizində quraşdırılıb

“Apple” şirkəti “iOS” mobil əməliyyat sisteminin versiyalarının yayılması ilə bağlı yeni məlumatlar açıqlayıb. Hazırda “iOS 8” platforması qurğuların 85 faizində quraşdırılıb.
 
Sistemin adaptasiyası üçün əvvəlki versiya - “iOS 7” ilə müqayisədə uzun müddət lazım olub. Belə ki, 85 faizlik göstəriciyə nail olmaq üçün “iOS 8” 9 ay vaxt sərf edib.
 
Platformanın zəif yayılmasını ötən il kənar müşahidəçilər qeyd edib, bu, sonradan “Apple” tərəfindən təsdiqini tapıb.
 
Yeni sistemin zəif yayılmasına hansı amillərin təsir etməsini demək çətindir. İstifadəçilərin əksəriyyəti ilk buraxılışda çoxlu çatışmazlığın olmasını bildirir, başqalarının funksiyalar dəsti xoşuna gəlmir. Şikayətlər ən çox 5 QB boş yer tələb edən yenilənmə ölçüsü ilə bağlıdır və bütün bunlar yeni sistemin yayılma sürətinə öz təsirini göstərib.
 
İlk yenilənmələr buraxıldıqdan sonra vəziyyət tədricən düzəlməyə başlayıb ki, bu da "iOS 8”-in populyarlığını artırıb. Lakin yayılma tempinə görə platforma hələ də altıncı və yeddinci versiyalardan xeyli geri qalır. "iOS 7” mobil qurğuların 13 faizində, sistemin daha əvvəlki versiyaları "iPhone”, “iPad” və “iPod touch” qurğularının 2 faizində quraşdırılıb, - "Macdigger” yazır.



Baxış sayı: 870

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024