Tarix:24/07/15
Nazirlikdən qeyd edilib ki, “Event Platform” korporativ tədbirlər üçün maraqlı və effektiv texnologiyalar hazırlayır. Şirkətin məhsulları konfrans, forum, təlim proqramları və s. tədbirlərin daha effektiv təşkil olunmasında böyük rol oynayır.
“Event Platform” texnologiyaları dünyanın 40-a yaxın ölkəsində baş tutan 600-dən çox tədbirdə istifadə olunub. Yeni mobil proqram istifadəçilərə ölkəmizin turizm sahəsi, xüsusən də görüş məkanları, mehmanxanalar və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər və onların xidmətləri haqqında məlumatları asanlıqla əldə etməyə imkan verir.
Proqram “Azərbaycan haqqında”, “Görüşlər Sənayesi Təchizatçıları”, “Bağlılıq”, “AzCB Dəstək Xidməti”, “İstinadlar” və “Bizimlə əlaqə” olmaqla, 6 kateqoriyada məlumat təqdim edir.
Yüksək standartlara cavab verən və tam rahat istifadəyə imkan yaradan bu mobil proqram həmçinin ölkəmizin müxtəlif guşələrindən olan fotolar da təqdim edir ki, burada məqsəd mühüm tədbirlərə ev sahibliyi edən Azərbaycanın bu sahədəki böyük potensialını təqdim etməkdir.
Mobil proqramın yüksək funksionallığını təmin edən xüsusiyyətlərdən biri də “Bizimlə əlaqə” interaktiv funksiyasıdır. Bu funksiya sayəsində Büroya real vaxt rejimində təklif üçün sorğuların göndərilməsi mümkündür.
Bu mobil proqram sistemi “iOS” və ya “Android” tərəfindən dəstəklənən cihazlara yüklənilə bilər. Proqramı yükləmək üçün “App Store” və “Google Play”-də “Azerbaijan Meeting Planners” axtarışını verin.
2013-cü ildə yaradılan büronun fəaliyyətinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim olunması və digər bu kimi biznes əhəmiyyətli işlər daxildir.
Büronun əsas hədəflərindən biri də yüksək peşəkarlığı və rəqabətə davamlılığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqı (Azerbaijan Meeting Alliance) yaratmaq və inkişaf etdirməkdir.
Belə bir ittifaq ölkənin Görüşlər Sənayesi bazarında işləyən təşkilat və müəssisələri bir araya gətirərək onların inkişafına və regional oyunçulara çevrilməsinə yardımçı olacaq.
Həqiqət İSABALAYEVA
Azərbaycanın turizm sahəsinə aid bütün məlumatları asanlıqla əldə etməyə imkan verən mobil proqram təminatı hazırlanıb
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu Görüş Təşkilatçıları üçün nəzərdə tutulan yeni mobil proqram təminatını təqdim edib. Mobil proqram təminatı büronun yardımçı üzvlərindən olan (Affiliate Member) “Event Platform” tərəfindən hazırlanıb.Nazirlikdən qeyd edilib ki, “Event Platform” korporativ tədbirlər üçün maraqlı və effektiv texnologiyalar hazırlayır. Şirkətin məhsulları konfrans, forum, təlim proqramları və s. tədbirlərin daha effektiv təşkil olunmasında böyük rol oynayır.
“Event Platform” texnologiyaları dünyanın 40-a yaxın ölkəsində baş tutan 600-dən çox tədbirdə istifadə olunub. Yeni mobil proqram istifadəçilərə ölkəmizin turizm sahəsi, xüsusən də görüş məkanları, mehmanxanalar və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər və onların xidmətləri haqqında məlumatları asanlıqla əldə etməyə imkan verir.
Proqram “Azərbaycan haqqında”, “Görüşlər Sənayesi Təchizatçıları”, “Bağlılıq”, “AzCB Dəstək Xidməti”, “İstinadlar” və “Bizimlə əlaqə” olmaqla, 6 kateqoriyada məlumat təqdim edir.
Yüksək standartlara cavab verən və tam rahat istifadəyə imkan yaradan bu mobil proqram həmçinin ölkəmizin müxtəlif guşələrindən olan fotolar da təqdim edir ki, burada məqsəd mühüm tədbirlərə ev sahibliyi edən Azərbaycanın bu sahədəki böyük potensialını təqdim etməkdir.
Mobil proqramın yüksək funksionallığını təmin edən xüsusiyyətlərdən biri də “Bizimlə əlaqə” interaktiv funksiyasıdır. Bu funksiya sayəsində Büroya real vaxt rejimində təklif üçün sorğuların göndərilməsi mümkündür.
Bu mobil proqram sistemi “iOS” və ya “Android” tərəfindən dəstəklənən cihazlara yüklənilə bilər. Proqramı yükləmək üçün “App Store” və “Google Play”-də “Azerbaijan Meeting Planners” axtarışını verin.
2013-cü ildə yaradılan büronun fəaliyyətinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim olunması və digər bu kimi biznes əhəmiyyətli işlər daxildir.
Büronun əsas hədəflərindən biri də yüksək peşəkarlığı və rəqabətə davamlılığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqı (Azerbaijan Meeting Alliance) yaratmaq və inkişaf etdirməkdir.
Belə bir ittifaq ölkənin Görüşlər Sənayesi bazarında işləyən təşkilat və müəssisələri bir araya gətirərək onların inkişafına və regional oyunçulara çevrilməsinə yardımçı olacaq.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 935
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)