12px13px15px17px
Tarix:24/07/15

“iOS” qurğular satış həcminə görə “Windows” ilə işləyən kompüterlərin sayına çatıb

“iPhone” smartfonları, “iPad” planşetləri və “iPod touch” pleyerləri daxil olmaqla “Apple iOS” mobil platforması ilə işləyən qurğular satış həcminə görə “Windows” ilə işləyən kompüterlərin satışı ilə bərabərləşib. Bu haqda “AppleInsider” nəşri analitik Benedikt Evansın tədqiqatına istinadən yazıb.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertin hesablamasına əsasən, 2008-ci ildən “Windows” ilə işləyən fərdi kompüterlərin illik satış həcmi 300 milyona səviyyəsində olub. 2015-ci ilin iyununa olan vəziyyətə görə “iOS” qurğular eyni göstəriciyə nail olub, həm də son zamanlar kompüter bazarında mənfi dinamika qeydə alınıbsa, o zaman “alma” cihazlarının satış həcmi artıb.

Son dörd rübdə ABŞ korporasiyası 222 milyondan çox “iPhone” satıb, 2015-ci ilin yanvarında “Apple” milyardıncı “iOS” qurğunun tədarükünü elan edib.

Ekspert həmçinin bildirib ki, “Android” ilə işləyən cihazlar illik satış həcminə görə çoxdan “Windows” ilə işləyən kompüterləri geridə qoyub.


Emil Hüseynov



Baxış sayı: 785

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024