Tarix:25/07/15
Diametri 500 metr təşkil edəcək “FAST” (Aperture Spherical Radio Telescope) teleskopu bu göstərici üzrə Puerto-Rikoda yerləşən 305 metr diametrə malik Aresibo rəsədxanasını - dünyanın hazırkı ən böyük teleskopunu geridə qoyacaq.
Perimetri 1,5 km təşkil edən qurğunun 5 km radiusunda şəhərlər yerləşmir. Rəsədxana təpələrlə əhatə olunan təbii çökəklikdə quraşdırılır ki, bu da “FAST”ın fəaliyyəti üçün müvafiq şərait yaradır.
Quyçjou əyalətində yerləşəcək radioteleskopun 4450 üçbucaqşəkilli panelinin quraşdırılmasına iyulun 23-də başlanılıb.
Tikintisinə 2011-ci ildə başlanan rəsədxanada işlərin 2016-cı ildə başa çatdırılması planlaşdırılır. Yeni teleskopun qiyməti 100 milyon dollar qiymətləndirilir, - “Lenta” yazır.
Çin dünyanın ən böyük radioteleskopunu qurur
Çin dünyanın ən böyük teleskopunu quraşdırmağa başlayıb. Teleskop vasitəsi ilə ölkə erkən kainatı tədqiq etmək, eləcə də qalaktikadankənar həyat izlərinin axtarışını aparmaq niyyətindədir. Rəsədxananın 30 futbol meydançası boyda ərazidə yerləşəcəyi gözlənilir.Diametri 500 metr təşkil edəcək “FAST” (Aperture Spherical Radio Telescope) teleskopu bu göstərici üzrə Puerto-Rikoda yerləşən 305 metr diametrə malik Aresibo rəsədxanasını - dünyanın hazırkı ən böyük teleskopunu geridə qoyacaq.
Perimetri 1,5 km təşkil edən qurğunun 5 km radiusunda şəhərlər yerləşmir. Rəsədxana təpələrlə əhatə olunan təbii çökəklikdə quraşdırılır ki, bu da “FAST”ın fəaliyyəti üçün müvafiq şərait yaradır.
Quyçjou əyalətində yerləşəcək radioteleskopun 4450 üçbucaqşəkilli panelinin quraşdırılmasına iyulun 23-də başlanılıb.
Tikintisinə 2011-ci ildə başlanan rəsədxanada işlərin 2016-cı ildə başa çatdırılması planlaşdırılır. Yeni teleskopun qiyməti 100 milyon dollar qiymətləndirilir, - “Lenta” yazır.
Baxış sayı: 837
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet