12px13px15px17px
Tarix:13/09/11

“Microsoft” “Windows 8” əməliyyat sisteminin ilk açıq təqdimatını keçirəcək

Bu gün Kaliforniyada start verilən “Microsoft Build İT” konfransında “Windows 8” əməliyyat sisteminin ilkin versiyasının təqdimetmə mərasimi olacaq.

Bu əməliyyat sisteminin relizi 1 il sonra baş tutacaq. Əməliyyat sistemi yalnız “x86” mikroprosessorlarında deyil, həm də “ARM” mobil çiplərində işləyəcək.

Əməliyyat sistemi haqqında, həmçinin, bir sıra yeni texniki və ümumi məlumatları bu gün “Microsoft Windows and Windows Live” bölməsinin prezidenti Stiven Sinofski təqdim edəcək.

Sinofski “Windows 8” haqqında daha geniş informasiya verməli, həmçinin, əməliyyat sisteminin iş prosesində ilk təqdimatını keçirməlidir.

“Build” konfransında, həmçinin, “İntel” korporasiyası şəxsi Atom planşetlərini təqdim edəcək. Həmçinin, “Windows 8” əsasında olan yeni ultrabuk prototipləri göstəriləcək.



Baxış sayı: 2545

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024