12px13px15px17px
Tarix:13/09/11

İstifadəçilər ən çox hansı sosial şəbəkəyə vaxt sərf edirlər?

ABŞ-ın “Nielsen” analitik şirkəti yeni hesabatını sosial medianın inkişafına həsr edib. Hesabatda Qlobal şəbəkədə populyar olan saytların adları açıqlanır və istifadəçilərin bu saytlarda keçirdikləri vaxt tədqiq edilib.

Şirkətin tərtib etdiyi reytinqdə ilk üçlüyə “Facebook” (53,5 milyard dəqiqə), “Google” (12,5 milyard dəqiqə) və “YouTube” (950 milyon dəqiqə) daxil olub. “Blogger” bloq sevrisinə istifadəçilər 723 milyon, “Twitter”-ə isə 565 milyon dəqiqə vaxt sərf edirlər.

Şirkətin mütəxəssisləri sosial şəbəkələrin və bloqların istifadəçilər arasında daha populyar olduğunu vurğulayıblar. Belə ki, hesabata əsasən, Qlobal şəbəkəyə daxil olan istifadəçilərin 22, 5 faizi vaxtını sosial şəbəkələrə, 9,8 faizi oyunlara, 7,6 faizi elektron poçtu oxumağa, yalnız 4 faizi informasiya əldə etməyə sərf edir.

Xatırladaq ki, “Facebook” sosial şəbəkəsinin son məlumatına əsasən, hər ay saytda 1 trilyon səhifə gözdən keçirilir. Analitiklər isə bu göstəricinin 2 dəfə az olduğunu bildirirlər. Tam Xəbər



Baxış sayı: 960

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024