12px13px15px17px
Tarix:11/08/15

Azərbaycanda tərcüməçilərin məlumat reyestri yaradılıb

Tərcüməçilərin məlumat reyestrinə qeydiyyat davam edir.
 
Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ölkəmizdə və xaricdə fəaliyyət göstərən tərcüməçilərə müraciət edib. 
 
Mərkəzdən verilən məlumata görə, məlumat reyestrinə daxil olmaq istəyən tərcüməçilərdən sənədlərin Ə.Topçubaşov 74 yaxud “info@aztc.gov.az”  elektron ünvanına göndərilməsi xahiş olunur.
 
Tələb olunanlara şəxsiyyət vəsiqəsinin surəti,  2 ədəd fotoşəkil, diplomun surəti, əlaqə telefonu və elektron ünvan daxildir.
 
 Qeyd edək ki, ətraflı məlumat üçün “aztc.gov.az” və “achiqkitab.az” saytlarının “Tərcüməçilərin məlumat reyestri” bölməsinə baxmaq olar.
 
CAHANGİR
 



Baxış sayı: 908

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024