12px13px15px17px
Tarix:18/08/15

“Windows 10” noutbuk bazarını canlandıra bilməyəcək

Ekspertlərin proqnozuna görə, 2015-ci ildə qlobal noutbuk tədarükü 165 milyona yaxınlaşacaq ki, bu da təxminən 1 il əvvəlki göstəriciyə uyğundur.

Yeni “Windows 10” əməliyyat sistemi noutbuk bazarına kömək edə bilməyəcək, çünki “Microsoft” korporasiyası “Windows 8.1” və “Windows 7” istifadəçilərinə yeni proqram platforması üçün pulsuz yeniləmə təklif edir, nəticədə fərdi kompüter sahibləri yeni qurğu satın almaq məcburiyyətində deyillər.
 
 
“ABI Research” şirkəti noutbukları dörd kateqoriya üzrə qruplaşdırır: netbuklar, ənənəvi leptoplar, ultraportativ FK (bu kateqoriyaya ultrabuk və hibrid aparatlar şamil edilir ) və xrombuklar.
 
Gözləntilərə görə, cari ildə xrombukların tədarükü qlobal miqyasda 35 faiz artaraq 7 milyon təşkil edəcək. Hələ ki Şimali Amerikanın təhsil sektoru bu bazarın artımına təsir göstərən əsas amildir.
 
“ABI Research”in tədqiqatlar üzrə direktoru Ceff Orr bildirir ki, 2015-ci ildə, həmçinin ultraportativ kompüterlərin satış həcmi artacaq, çünki bu tip qurğular nazik və yüngül konstruksiyaya malikdir, həmçinin planşetlərə çevrilə bilir. Bu seqmentin lideri “Apple MacBook Air” qurğusudur.
 
Emil Hüseynov



Baxış sayı: 738

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024