12px13px15px17px
Tarix:27/08/15

“Microsoft”: “Windows 10” bir ayda 75 milyon qurğuda quraşdırılıb”

"Windows 10" əməliyyat sistemi bir ay ərzində dünyada 75 milyondan çox qurğuda quraşdırılıb. Bu barədə "Microsoft" korporasiyasının vitse-prezidenti Yusif Mehdi məlumat verib.
 
İlk günlərdə orta hesabla 162 quraşdırma həyata keçirilib.

Əməliyyat sistemi çıxdığı ilk gündən 9  gün sonra quraşdırmaların sayı 27 milyona, 2,5 həftədən sonra 53 milyona çatıb. "Microsoft" nümayəndələri "Windows 10" ilə uyğunluq təşkil edən qurğuların sayının kəskin artmasını bildirirlər. Belə ki, 90 min müxtəlif noutbuk və planşet modeli yeni əməliyyat sisteminədək yenilənib və yenilənməni bütün yeni istifadəçilər almaqda davam edir. Bu səbəbdən yaxın vaxtlarda əməliyyat sisteminin nüfuzetmə səviyyəsinin azalmasını gözləməyə dəyməz.
 
Hesabat dövründə "Windows" əlavələr mağazasından yükləmələrin sayı "Windows 8" mağazası üçün analoji göstərici ilə müqayisədə 6 dəfə artıb.
 
ABŞ istehsalçısı yaxın üç ildə "Windows 10"-un 1 milyard dəfə quraşdırılmasına nail olmaq niyyətindədir. Hazırda əməliyyat sisteminin "Home" və "Pro", eləcə də "Enterprise" və "Education" versiyalarını yükləmək olar.
 
Korporasiya həmçinin "Windows 10" üçün "Threshold 2" adlanan və cari ilin oktyabrında təqdim ediləcək ilk yenilənmə üzərində iş aparır. Əməliyyat sisteminin smartfonlar üçün versiyasının da payızda çıxacağı gözlənilir, - "Macdigger www.macdigger.ru" yazır. 



Baxış sayı: 747

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024