12px13px15px17px
Tarix:28/08/15

“iPhone” istifadəçiləri sağlam qidalanmağa üstünlük verirlər

Hazırda "Android"  mobil proqram təminatı bazarında lider əməliyyat sistemidir, dünya miqyasında "iOS" platformasına tələbat isə daha azdır.

Belə ki, dünyada satılmış hər beş smartfondan dördü "Google"un mobil platforması ilə işləyir. Bununla belə, hər iki mobil əməliyyat sistemi bazarda bir-biri ilə kəskin rəqabət aparır.

Yemək sifarişi üçün populyar "Eat24" xidmətinin tərtib etdiyi maraqlı infoqrafikada "iOS" və "Android" istifadəçilərinin kulinariya seçimini açıqlayıb. Məlumatlar şirkətin öz mobil proqramının köməyi ilə üç ay ərzində toplanılıb.
 
"ICTnews.az" saytı "macdigger.ru" saytına istinadən xəbər verir ki, "iPhone" smartfonlarının sahibləri çox vaxt mobil proqramda müxtəlif restoran və kafelərin təklif etdiyi pəhriz və faydalı yeməkləri seçirlər.
 "iOS" istifadəçilərinin 27 faizi, "Android" istifadəçilərinin isə yalnız 17 faizi bu seçimdən yararlanır.
 
Həmçinin "iPhone" sahibləri daha çox tərəvəz sifariş edir.
Əksinə olaraq, "Android" platformasının həvəskarları daha çox acı yeməklər seçir.
 
Emil Hüseynov



Baxış sayı: 1792

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024