12px13px15px17px
Tarix:14/09/11

Bir neçə kompyuteri idarə etməyi asanlaşdıran proqram (VİDEO)

“Microsoft” korporasiyası “Mouse Without Borders” pulsuz proqram təklif edir. Proqram eyni anda bir neçə kompyuteri idarə etməyi asanlaşdıracaq. Utilit bir klaviatura və “siçan” dəsti vasitəsi ilə 2, 3 və ya 4 fərdi kompyuteri idarə etməyə imkan yaradır.

Giriş qurğuları istənilən sistemə birləşdirilə bilər; bu halda əlavə avadanlıq tələb olunmur. Yeganə şərt ondan ibarətdir ki, bütün kompyuterlər lokal şəbəkəyə birləşdirilməlidir.

“Mouse Without Borders” proqramının sazlanma prosesi sadədir. Əvvəlcə proqramı kompyuterlərdən birinə quraşdırmaq və qeyri-qanuni girişin qarşısının alınması üçün təhlükəsizlik kodunu əldə etmək lazımdır. Sonra proqram təminatı həminki kod göstərişi ilə digər kompyuterlərdə quraşdırılır.

“Mouse Without Borders” proqramı əlaqəli sistemlər arasında sürətli keçməyə, kompyuterlər arasında faylları köçürməyə və s-yə imkan yaradır. Proqramın ölçüsü 1,1 MB-dır.





Baxış sayı: 2037

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 İyul 2024

23 07 2024